Pompeo: “ABŞ Şimali Koreya ilə danışıqlarda siyasi oyunlar oynamayacaq”
(12-04-2018, 08:45)
ABŞ Şimali Koreya ilə qarşıdan gələn danışıqlarda siyasi oyunlar oynamayacaq və qətiyyətlə Koreya yarımadasının nüvəsizləşdirilməsinə köklənib.
dovrunnabzi.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru, ABŞ dövlət katibi postuna namizəd Mayk Pompeo bəyan edib.
“Prezident Trampın Şimali Koreya lideri ilə görüşü ərəfəsində xeyli işlər görülməlidir. Dövlət başçısı KXDR-in nüvə arsenalının ABŞ-a təhlükə kəsb etməsinə imkan verməmək niyyətindədir. Prezident Tramp Şimali Koreya ilə danışıqlarda siyasi oyunlar oynamayacaq, o cümlədən məndə. Keçmişdə rəsmi Pxenyanla aparılan danışıqlara dair MKİ-nin sənədlərini oxumuşam və əminəm ki, biz keçmişin səhvlərini təkrarlamayacağıq ”, deyə M.Pompeo vurğulayıb.
Bundan əvvəl Rusiya ilə münasibətlərdə “yumşaq siyasət” dövrünün bitdiyini bəyan edən Pompeo bildirib ki, Donald Tramp İranın nüvə proqramı ilə bağlı sazişə dəyişikliklər edilməsi və yenidən baxılmasını tələb edəcək.
Qeyd edək ki, bu gün ABŞ Senatında M.Pompeonun dövlət katibi vəzifəsinə namizədliyi ilə bağlı dinləmələr keçiriləcək.
İdrak
------

Ana səhifəyə qayıt
Oxunub: 326
Xəbəri paylaş
Xəbər lenti
18-08-2025 14:30
Ən çox baxılanlar