Azərbaycanda dizel istehlakı 33% artıb
(25-08-2021, 12:26)


Azərbaycanda dizel istehlakı 33% artıb
Bu ilin birinci yarısında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhali tərəfindən 350,073 mln. manat manat məbləğində dizel yanacağı istehlak edilib.
 
Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 33,1% çoxdur.
 
Təkcə 2021-ci ilin II rübündə 193,116 mln. manatlıq dizel istehlakçılar tərəfindən alınıb ki, bu da illik müqayisədə 59,2% çoxdur.
 
Xatırladaq ki, 2021-ci ilin birinci yarısında Azərbaycanda 1,231 mln. ton dizel istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.
 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 79

Xəbər lenti