DÖVLƏT YOL POLİSİNİN QANUNSUZ ƏMƏLLƏRİNƏ KİM SON QOYACAQ?! - FOTO
(25-08-2021, 10:34)

Ölkəmizdə aparılan islahatlar fonunda bu sahənin bəzi əməkdaşlarının bilərəkdən uğurlu işlərinə kölgə salınması heç də başa düşülən deyil.
Hətta bir çox hallarda , dövlət başçısı bu sahədə baş alıb gedən neqativ hallardan danışıb, belə halların aradan qaldırılmasını dönə-dönə tapşırıb. Lakin, əfsuslar olsun ki, bu sahədə dönüş əvəzinə daha da pisləşmə müşahidə edilməkdədir. Bu sahədə işinin öhdəsindən gələn, vəzifəsinə vicdanla yanaşan yetərincə əməkdaşlar çoxdu. Amma...
BDYP-nin YPX-nin 13-cü tağımının 716 saylı postun komandiri polis kapitanı Zeynalov Elnurun bilavasitə xəbəri olduğu halda Ağcabədi-Beyləqan yolu ərazisində yerləşən DYP postunun bu ərazidə xidmət keçən əməkdaşları bu yolun yaxınlıqında yol nizamlayıcısı körpünün görünməyən hissəsində, torpaq yolda pusquda dayanıb gizli çəkilişlər aparır, hansı ki, bu əməl qanunla qadağandı.
Axı dövlət bu sahədə, yol-nəqliyyat hadisəsinin qarşısını almaqdan ötrü, xaricidən maket maşınlar (radar) gətizdirib, yolun görünən hissəsində quraşdırılması dediklərimizə əyani sübutdur ki, hər şey əvvəlcədən, görünən formada olmalıdır ki, sürücü də yolda səliqəli nəqliyyat idarə etsin. Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri minimuma endirilsin. Lakin bu gün pusquda dayanıb, ağına-bozuna baxmadan hamıya ucdantutma cərimə yazıb ünvana göndərmək də bir qanuna zidd əməldir.
Bir neçə günlük müşahidəmizin və həmin ərazidə yaşayan nəqliyyat istifadəçilərin etdiyi narazılıqlardan biri də, həmin ərazidə xidmət keçən DYP-nin əməkdaşlarının gizlində dayanıb çəkiliş aparması, bu çəkiliş əsasında vətəndaşlara, nəqliyyat sahiblərinə, özlərinin də xəbəri olmadan cərimə bildirişlərinin göndərilməsi əyani sübutdur.
Odur ki, düşünürük ki, bu sahəyə cavabdehlər bu cür biabırçılıqların qarşısını alıb, bu cür əməkdaşlar haqqında ciddi tədbirlər görəcək.
Qeyd: Yük maşınlarından qeyri-qanuni yolla pul toplanmasını əks etdirən videosüjet növbəti yazımızda yayımlanacaq...
P.S. Ümid edirik ki, sürücülərdən qeyri-qanuni yolla yığılan pullar tez bir zamanda geri qaytarılacaq.
Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
“hüquq şöbəsi”
Ana səhifəyə qayıt
Oxunub: 402
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər