Bu gün Cəbrayıl və Füzulininin işğal tarixini QEYD ETMİRİK
(23-08-2021, 10:00)


Bu gün Cəbrayıl və Füzulininin işğal tarixini QEYD ETMİRİK
Bu gün 23 avqust tarixi Cəbrayıl və Füzuli rayonlarının işğal günüdür. Azərbaycan ictimaiyyəti 27 ildən sonra ilk dəfə Cəbrayıl və Füzulininin işğal gününü qeyd etmir.
 
Azərbaycan Ordusunun 2020-ci ilin payızında apardığı Vətən müharibəsinin uğurla başa çatması sayəsində Cəbrayıl və Füzuli bütünlüklə düşmən tapdağından azad olundu.
 
"Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini  və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!".
 
1993-cü il avqustun 23-də gerçəkləşənm işğaldan  sonra Cəbrayıl rayonunun 1050 kv.km ərazisi – rayon mərkəzi və 90-a yaxın kəndi erməni vandalizmi nəticəsində tamamilə məhv edilib.
 
Füzuli rayonunun mərkəzi və 50 kəndinin Ermənistan ordusu tərəfindən işğalı da eyni vandalizmlə nəticələnib – bu inzibati ərazi tamamilə yerlə-yeksan edilib.
 
Nəhayət Azərbaycanın Şanlı Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi Cəbrayıl və Füzulini də düşmən tapdağından xilas etdi.
 
2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonu, oktyabrın 17-də isə Füzuli rayonu işğaldan azad edildi.(modern.az)
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 116

Xəbər lenti