ƏSL VƏTƏNPƏRVƏR, DƏYƏRLİ ZİYALI – ARAZ ABBASOV!
(28-05-2022, 16:30)

Qarabağ 30 illik həsrətimizin adı idi... 30 yaşlı bir nəslin görmədiyi, adını elinin-obasının dilindən eşitdiyi, dastanlaşan xatirələrdə, tarixi yaddaşlarda qalan vətənimizin əlimizdən alınan bir parçası idi. Hələ də tüstüsü səmada, qəhəri boğazlarda, göz yaşları yanağımızda qalan müharibənin qələbə sevincini daddıqca qələbədə haqqı olan şəhidlərimizin ruhuna dualar oxuyur, sağlamlığını itirən qazilərimizə Allahdan şəfa diləyirik.
Qələbəni bizə bəxş edən qazi və şəhid ailələrini unutmamaq hər bir vətəndaşın ümdə borcudur. Bu yazımda oxuculara, sözdə yox, əməldə vətəndaş mövqeyini layiqincə yerinə yetirən bir qəhrəmanımız haqqında bəhs etməyi özümə borc bildim...
“Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi”nin sədri Araz Abbasov fərdi qaydada çox savab işlər görür və təbii mən bunların hamısını bilə bilmərəm. Bildiyim isə budur ki, o, İkinci Qarabağ savaşı başlayan gündən sərgilədiyi vətəndaş mövqeyi ilə xalqın rəğbətini qazanmağı bacarıb. Onun sağlam düşüncəsinə, həyat prinsiplərinə baxanda görürsən ki, həqiqətən də Vətəni qorumaq üçün, onun çiçəklənməsi üçün heç də əlinə silah götürüb ön cəbhəyə yollanmaq lazım deyil. Əgər bunu istəyirsənsə, elə öz mövqeyindən də edə bilərsən. Yetər ki, qəlbində Vətən sevgisi olsun.
Qazi və şəhid ailələrini daim diqqətində saxlayan Araz Abbasov, sözügedən şəxslərin evlərinə şəxsən baş çəkir, müqəddəs bayramlarda onları təbrikə tələsir.
Araz müəllimin Vətən sevgisi tək bununla yekunlaşmır. O hər zaman özünü Vətənə borcu hesab edir və necə olursa-olsun bu borcu şərəflə ödəmək üçün ən incə fürsətləri dəyərləndirməsini bacaran insandır!
Sevindirici haldır ki, adı çəkilən hər yerdə Araz Abbasov hörmət və ehtiramla qarşılanır.

Çünki Araz Abbasov kimi xeyirxahları xalq tanımalıdır, onlar örnək göstərilməli və digərləri də bundan nümunə götürməlidir. Həmçinin, belə şəxslərin adı tarixə yazılmalıdır, sabahkı nəsil də özünə bu təcrübələri əsas götürməlidir. Əgər belə olarsa, vətəndaşlarımız da bu günümüz, sabahımız üçün pessimist olmaz və bilərlər ki, cəmiyyətimiz xeyirxah insanlar yetişdirməkdə davam edir, dünya yaxşılardan xali deyil…
Mənzər Qurbanova,
dovrunnabzi.az
Ana səhifəyə qayıt
Oxunub: 721
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər