Ordu quruculuğu Vətənə sevgidir, dövlətə, dövlətçiliyə sədaqətdir
(16-08-2021, 15:35)

Düşmən bu müddətdə bir dəfə də olsun, uğurlu əməliyat apara bilmədi. Bütün beynəlxalq hərbi ekspertlər Azərbaycan Ordusunun yüksək səviyyəli, mütəşəkkil komandanlığını nümunə kimi gəstərdi. Düşmənin hədəflərini sərrast dəqiqliklə məhv edən ordunun əsl gücü döyüş meydanında bəlli oldu. Hərbçilərimizin peşəkarlığı, yükəsk səviyyəli vətənpərvərlik hissi ilə yanaşı, cəmiyyətin ordunun yanında olması Silahlı Qüvvələrimizə əlavə güc verirdi. Biz hələ ötən ilin yayında Tovuz döyüşləri zamanı cəmiyyətin Ordumuza dəstəyinin şahidi olduq. Cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hər kəs Azərbaycan əsgərinin yanında idi, hər kəs ordumuzun ətrafında sıx birləşmişdi. Biz həm də əzmkarlığımızla düşmənə qalib gəldik. Orduda təşkilatlanma, xalq-ordu birliyi postmüharibə dövründə də davam edir. Azərbaycan öz sərhədlərində daha da möhkəmlənir, ərazilərimizin təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Yeni mərhələdə də təbii ki, həm ordumuzun, həm də cəmiyyətin qarşısında yeni vəzifələr durur. İndi proseslərə daha həssas yanaşmalı, xüsusilə informasiya cəbhəsində müharibə dövründə olduğu kimi, eyni həssasiyyəti qoruyub saxlamalıyıq.
Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası, kadr islahatları və Orduya aid digər məlumatların təhrif olunmuş şəkildə yayılması arzuolunan hal deyil. Müdafiə Nazirliyinin sonuncu bəyanatında da qeyd olunduğu kimi, şəxsi heyətin, xüsusilə yuxarı çinli zabit heyətinin vəzifə yerdəyişməsi kimi məlumatlar xidməti xarakter daşıyır və hərbi-dövlət sirri sayıla bilər. Qalib Ordu haqda bu cür məlumatların yayılması və bu istiqamətdə müzakirələrin təşkil olunması yolverilməzdir. Sosial şəbəkələrdə və ya mediada rəsmi mənbələrlə dəqiqləşdirilmədən yayılan informasiyalardan ölkəmizə qarşı təhlükəli məqsədlər üçün istifadə olunduğunun dəfələrlə şahidi olmuşuq. Burada artıq hərbçilərimizin həyati təhlükəsizliyi məsələsi ortaya çıxır. Azərbaycan mediası Ermənistan xüsusi xidmət orqanlarının dezinformasiya siyasəti üçün mənbə olmamalıdır.
Vətəndaş məsuliyyəti burada əsas şərtdir!
Həbib Hüseynov,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin
Göygöl rayon şöbəsinin sədri
Ana səhifəyə qayıt
Oxunub: 226
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər