DSX-dən əməliyyat: Xəzərdən içərisində 21 kiloqramdan çox narkotik olan bağlama tapıldı - FOTO
(10-08-2021, 12:01)


DSX-dən əməliyyat: Xəzərdən içərisində 21 kiloqramdan çox narkotik olan bağlama tapıldı - FOTO
Avqustun 4-də DSX-nin Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində Lənkəran reydində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı dəniz istiqamətləndirici nişanına bərkidilmiş bir ədəd şübhəli bağlama aşkarlanıb.
 
Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
 
Bağlamaya keçirilən baxış zamanı içərisində 20 ədəd kiçik hissələrə bölünmüş şəkildə ümumi çəkisi 21 kiloqram 255 qram tiryəkə bənzər narkotik vasitə aşkar olunaraq götürülüb, fakt üzrə əməliyyat-istintaq tədbirlərinə başlanılıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 95

Xəbər lenti