Hərbçi olmaq istəyənlərin NƏZƏRİNƏ: Qəbul imtahanının nəticələri elan edildi
(9-08-2021, 12:00)

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə avqustun 4-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.
DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə buradan tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda iştirakı gözlənilən 1 911 abituriyentdən 44 nəfər imtahanda iştirak etməyib. İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Abituriyentlər Apellyasiya komissiyasına 10-11 avqust 2021-ci il tarixlərində müraciət edə bilərlər.
Ana səhifəyə qayıt
Oxunub: 46
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər