Qurban bayramı namazı stadionda qılınacaq...
(15-07-2021, 08:34)


Qurban bayramı namazı stadionda qılınacaq...
Müsəlman ölkəsi Azərbaycanda da belə bir iş təşkil etmək mümkündür...
 
Mədəni inteqrasiyanın möhtəşəm bir nümunəsi olaraq İrlandiya ardıcıl ikinci il müsəlmanların Qurban bayramı üçün ölkənin ən böyük stadionunu ayırıb.
"Gel idmanı dərnəyi və "Krouk Park" komandasının Qurban Bayramını qeyd etmək üçün bir daha bir icma olaraq bizlərə stadionda toplaşma fürsəti təqdim etməsindən məmnunam" -deyə İrlandiya Müsəlmanları Barış və İnteqrasiya Şurasının  sədri Şeyx Ömər Əl-Qadri bildirib.
 
Gel idman dərnəyi (“GAA”) qərargahı müsəlman bayramı şərəfinə 20 iyul çərşənbə axşamı “Krouk Park” stadionunda  namaz qılınacağını açıqlayıb. Stadion İrlandiyanın ən böyük idman və mədəniyyət təşkilatı olan “GAA”-ya məxsusdur.
 
“Dərnək qərargahı ötənilki tədbirin müvəffəqiyyətindən sonra  “Covid”lə bağlı dini mərasimlərdəki məhdudiyyətlərə əməl edilməsilə bir daha müsəlman icmasının üzvlərini Qurban bayramında salamlayacaq"- deyə  “GAA” prezidenti Larri Makkarti  bəyan edib.
 
P.S. Müsəlman ölkəsi Azərbaycanda da belə bir iş təşkil etmək mümkündür...
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 7

Xəbər lenti
23-07-2021 11:18
Təqvim
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031