Şəhid Cavid Əliyevin atası və Tovuz rayon Qəribli kənd sakinlərinin tük ürpədici iddiaları!
(12-07-2021, 09:49)

 Tovuz rayon Qəribli kənd icra nümayəndəsi Allahyar, şəhid Cavid Əliyevin atası  Şaban Əliyevi təhqir etdi!

"Şəhid Bulağına etinadsızlıq göstərən icra nümayəndəsi Allahyar və müavini Alim müəllim bulağın açılışı günü pivə içməklə məşğul idi".
                                                     Şəhid əmisinin dedikləri!
Bir dəfə də olsun bizimlə maraqlanmayan icra nümayəndəsinin nə haqqı var ki, mənə hədə-qorxu gəlir? Bu sözlər şəhid atasının müraciətində öz əksini tapmışdır. Bulağın tikintisində az da olsa əmək sərf etməyən nümayəndəlik nəyə lazımdır axı? Mənim övladımın xatirəsi üçün tikilən bulaq üçün zibbillik sahəsində yer ayıran Allahyar müəllim şəhidə bu qədərmi dəyər və önəm verir?
Mənim övladım öz yaşıdları arasında sayılıb-seçilən bir oğul idi. Allahyarın "sənin oğlun mənim üçün şəhid olmayıb ki, kim üçün şəhid olub" deməsi məni hələ də düşündürür. Bəs onda mənim övladım kimlər üçün can verib?
Söz yox bu vətən üçün, namusu, qeyrəti üçün can veribdir.
Tovuz rayon Qəribli kənd sakinləri, icra nümayəndəsi Allahyarın əlindən dad deyirlər. Bir dəfə də olsun kəndin sakinlərinin problemləri ilə maraqlanmayan bu şəxsin hər hansısa bir yaxşı əməllərindən danışmaq qeyri-mümkündür. Təbii fəlakət nəticəsində dəymiş ziyanla əlaqədar olaraq biz nümayəndəliklə görüşmək istəsək də, bu mümkün olmamışdır. Çünki onu yerində tapa bilmirik. Nə də ki, özü kəndlə və kənd sakinləri ilə maraqlanmır. Onun işi ancaq hədə-qorxu gəlmək və təhqiramiz sözlərlə şəhid atasını təhqir etməkdir. Biz hamımız şahidik ki, Allahyar müəllim şəhid atasına hədə-qorxu gəlib və təhqir etmişdir. Biz burdan cənab Prezidentə səslənirik.
Hörmətli Preziden! Xahiş edirik, bu şəxs barəsində tədbir görülsün. Kəndin problemləri ilə maraqlanmayan bir icra nümayəndəsini həmin kəndə təyin etməklə problemlər öz həllini tapmayacaqdır.
Kanal1.az saytının direktoru Arzu Orucovun lentə aldğı görüntülərdən bəzi məqamları sizə çatdırırıq.
P.S:-Milli mənsubiyyəti məlum olan hər bir vətəndaşın borcudur ki, hərbir şəhidinin qədrini bilsin, ona hörmətlə yanaşsın. Biz özümüz-özümüzə qiymət  verməliyik ki, şəhidlərimizin qanları, qazilərimizin canları ilə əldə etdiyi zəfərimizlə hər zaman öyünə bilək!
Əsl Azərbaycanlı Bəxtiyar Sadayoğlu
10.07.2021






шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 180

Xəbər lenti