Azərbaycanda soyadı "ov" və "yev" sonluqları ilə bitən şəxslərin NƏZƏRİNƏ - VİDEO
(8-07-2021, 12:25)

Azərbaycan vətəndaşlarının bir çoxu hələ də "ov" və "yev" soyad sonluqlarından istifadə edir. İstər soyad sonluğunun, istərsə də soyadın dəyişdirilməsi qanunvericiliklə tənzimlənir. Ancaq bu iki proses bir qədər fərqli icra olunur.
Soyad sonluğunu dəyişmək istəyən şəxs qeydiyyatda olduğu yerdəki "ASAN xidmət" mərkəzinə yaxınlaşmaqla bu məsələni həll edə bilər.
Soyad sonluğunu dəyişdirmək istəyənlər cəmi 10 manat dövlət rüsumu ödəməklə problemi həll edə bilərlər. O ki qaldı soyadların dəyişdirilməsinə, bu, bir qədər uzun prosesdir...
Vətəndaşlar arasında soyad sonluğunun və ya soyadın dəyişdirilməsi məsələsinə münasibət birmənalı deyil.
Qeyd edək ki, 1 saylı "ASAN xidmət" mərkəzində 2020-ci il üzrə 114 nəfər , 2021-ci ilin əvvəlindən bu günə qədər isə 48 nəfər ad və soyad üzərində dəyişmə əməliyyatını rəsmiləşdirib.(Xəzər TV)
Ana səhifəyə qayıt
Oxunub: 75
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər