İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə ədalətin və milli qürurumuzun təntənəsidir
(5-07-2021, 09:45)

 44 günlük müharibə zamanı Azərbaycan Ordusu şəhidlərin qisasını döyüş meydanında almaqla bərabər, ərazi bütövlüyümüzü bərpa etdi, tarixi ədalətsizliyə son qoyaraq düşmən üzərində tam qələbə qazandı. Bu ilk dəfə idi ki, Silahlı Qüvvələr gününü Zəfərlə qeyd etdik. Ötən əsrin 90-cı illərində baş verən Birinci Qarabağ müharibəsi ölkəmiz üçün böyük milli faciə idi. Belə ki, həmin müharibə ciddi humanitar fəlakətə gətirib çıxardı. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə ədalətin və milli qürurumuzun təntənəsidir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə keçirilən görüşdəki çıxışında Azərbaycan Ordusunun qələbəsinin bütün çalarlarını siyasi cəhətdən təsvir edib. Dövlət başçısı bildirdi ki, Ermənistanın bir dövlət kimi inkişafı və siyasi cəhətdən mövcudluğu üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdir. Başa düşməlidirlər ki, artıq Dağlıq Qarabağ adlı ərazi vahidi və Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Biz bu qələbəni əldə etmək üçün ölkədə və beynəlxalq müstəvidə böyük hazırlıq işləri görməklə bərabər, ordu quruculuğu sahəsində böyük islahatlar apardıq. İlkin olaraq beynəlxalq müstəvidə uğur qazanmağa başladıq. Aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Biz sübut etdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir və Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır.
Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsində qazandığımız qələbədən sonra Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır. Ermənistan isə tamamilə təsrid olunmuş vəziyyətdədir. Türkiyə başda olmaqla, qardaş ölkələr olan Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından bizə dəstək oldular.
Müharibənin başa çatmasından cəmi 8 ay keçsə də, bu müddət ərzində biz böyük işlər görmüşük. İnfrastruktur layihələri ardıcıl olaraq həyata keçirilir. Müharibə göstərdi ki, Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir. Ordunun silah-sursatla təchiz edilməsi səviyyəsi bizim imkanlarımızı bütün dünyaya göstərdi. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması göstərdi ki, elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik.
Regionda daha da güclənən Azərbaycanın qarşısında Ermənistan onu dərk etməlidir ki, bundan sonra bütün sahələrdə gücümüz daha da artacaq. Xüsusilə hərbi sahəyə diqqəti daha da artırmışıq. Belə ki, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesinə başlanılıb. Silahlı Qüvvələrimizin təsdiqlənən yeni strukrur islahatlarına görə ordumuzun say tərkibi artırılacaq.
Eldəniz Məmmədov, 
YAP Göygöl rayon təşkilatının Topalhəsənli kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri
 шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 133

Xəbər lenti