Özümüzü və gələcək nəsillərimizi qorumaq üçün vaksinasiya tədbirlərinə ciddi əməl etməliyik
(30-06-2021, 12:23)

Azərbaycan dövlətinin həyata keçirdiyi sistemli tədbirlər nəticəsində əldə etdiyimiz bu müsbət dinamika, yoluxma sayında azalma heç bir halda bizi arxayın salmamalıdır. Pandemiya ilə əlaqədar mövcud qaydalara riayət etməliyik ki, əldə edilən bu müsbət nəticəni uğurlu sonluğa çatdıra bilək. Toy, nişan və ad günü mərasimlərinə COVID pasportu olan insanların buraxılması ilə bağlı qərar bir daha onu göstərir ki, insanlar vaksinasiya olunmalıdır. Bizi istəyən, sevən doğmalarımızın, cəmiyyətimizin sağlamlığı naminə vaksinasiya olmalıyıq. Yəni virusun aradan qalxması, gərəkli olan rəqəmin əldə olunması üçün hamımız vaksinasiya prosesində aktiv iştirak etməliyik. Dövlətimiz bunun üçün lazımi səyləri göstərir və ölkəmizdə 4 növ vaksin var ki, insanlar könüllü şəkildə həmin vaksinlərdən istədiyini seçib peyvənd oluna bilər. Məlum olduğu kimi, vaksin olunan insanlar virusa yoluxsalar da, bunu yüngül şəkildə keçirirlər. Ona görə də biz cəmiyyət olaraq vaksinləşmə prosesində aktiv iştirak etməklə normal, məhdudiyyətsiz həyata qayıda bilək. Özümüzü və gələcək nəsillərimizi qorumaq üçün vaksinasiya tədbirlərinə ciddi əməl etməliyik.
İlham Əhmədov,
YAP Göygöl rayon təşkilatının Qızılqaya qəsəbə İƏD-i üzrə nümayəndəliyi ərazi ilk partiya təşkilatının sədri
Ana səhifəyə qayıt
Oxunub: 176
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar