Şuşanın kəndindəki ermənilərə arı pətəkləri paylandı...
(29-06-2021, 19:19)

Qəsbkar ölkənin "Hər şey Ermənistan üçün" xeyriyyə təşkilatı Şuşa rayonunun hələlik Rusiya hərbi kontingentinin himayəsindəki Böyük Qaladərəsi kəndindəki ermənilərə arı pətəkləri təqdim edib.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.
“Hər şey Ermənistan üçün” xeyriyyə təşkilatının üzvü Ovanes Verdyan bildirib ki, diaspor ermənilərinin yardımları sayəsində 75 pətək əldə edə biliblər. Hazırda Böyük Qaladərəsində 18 ailədən 15-i bu proqramdan istifadə etmək istədiklərini bildirdiklərindən onlara arı pətəkləri bağışlanıb.

O.Verdyan Yuxarı Qarabağın ermənilər yaşayan digər kəndlərində də proqramla maraqlananlarla əlaqə quracaqlarını, eyni zamanda kəndlilərə bal satışında da kömək edəcəklərini əlavə edib.
Ana səhifəyə qayıt
Oxunub: 69
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar