Sağlamlığımızı düşünməli və vaksinasiya olunmalıyıq
(29-06-2021, 19:09)

 COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir. Tarixə nəzər salsaq görərik ki, yoluxucu xəstəliklər zamanı bəşəriyyətin xilası vaksinlə mümkün olub. Peyvəndlənməyi seçmək yaşamağı həyatı seçməkdir. 1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirib. Vaksinin olmaması səbəbindən 1346-1352-ci illərdə Avropa əhalisinin 25-30 faizi vəba xəstəliyindən ölüb. 1916-1920-ci illərdə 2 milyard dünya əhalisinin 30 faizinə qədəri “İspan qripi”nə yoluxub və 20 ildə əlli milyon insan bu xəstəlik səbəbindən vəfat edib. Müqayisəli şəkildə ifadə etsək, bu xəstəlik Birinci Dünya müharibəsində ölənlərdən daha çox insanı məhv edib.

Konkret olaraq desək, son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına kömək olub. 1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80 faiz azalıb. Vaksinlər icad olunana qədər dünya indiki vəziyyətdən daha çox təhlükədə idi. Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu. Belə ki, bu xəstəliyə yoluxanlar ya iflic olur, ya da ölürdü. Hazırda poliomielit tamamilə yox olub.

Onu da qeyd edək ki, COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi. Buna görə də pandemiya müasir dövrdə təhsilə “ən böyük zərbə” vurduğunu demək olar. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir. Bəzi ekspertlərin fikrincə, peyvənd olunmaqla iqtisadiyyata vurulan ziyanın qarşısı alına bilər. COVID-19 səbəbindən hava yolu ilə sərnişindaşıma, turizm, iaşə obyektləri və digər sahələrdə böyük iqtisadi itkilər yaşandı və dünyada milyonlarla insan iş yerini itirdi. Dünyada iqtisadi itkilərin bərpa olunması üçün vaksinasiya yeganə yoldur. Vaksinasiya ilə mədəni həyat canlanacaq (konsertlər, kino, teatr, sərgilər və s.) insanların gündəlik həyatında sosial aktivlik artacaq. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Vaksinasiya ilə səhiyyəyə düşən yük azalacaq. Həkimlər öz gücünü və səylərini digər xəstəliklərin müalicəsinə yönəldə biləcəklər. Nəticədə səhiyyə xidmətlərinin keyfiyyəti artmış olacaq. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır. Prezident İlham Əliyev 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda söylədiklərini bir daha xatırladaq: “Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”.

Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Bütün bunların nəticəsidir ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq vətəndaşların 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Əhalidə kütləvi immunitetin yaranması üçün isə xəstəliyə yoluxub sağalmaq və vaksin olunmaq şərtdir. Hazırda ölkəmizdə təxminən 2,1 milyondan yuxarı vətəndaş 1-ci mərhələ üzrə vaksinasiya olunub, onlardan 1,2 milyondan çoxu ikinci mərhələ üzrə vaksinasiyadan keçib, 330 min nəfər isə xəstəliyə yoluxub sağalıb. Amma yalnız ölkə əhalisinin 70-80 faizdən çoxunda kütləvi immunitetin yaranması pandemiyadan xilas olmağa gətirib çıxara bilər. Ona görə də sağlamlığımızı düşünməli və vaksinasiya olunmalıyıq. İnanırıq ki, Azərbaycan xalqı Vətən müharibəsində olduğu kimi, “Biz birlikdə güclüyük!” düşüncəsi ilə vaksinasiya prosesində aktiv iştirak etməklə pandemiya ilə mübarizədə də qalib olacaq.

Şəhriyar İsmayılzadə,
"Göygöl Gənclər Evi " sosial xidmət müəssəsi (SXM)  direktoru,
YAP-ın fəal üzvüшаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 119

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031