Müdafiə Nazirliyinin Goranboy rayon ərazisində yerləşən N saylı hərbi hissəsində özbaşnalıq HÖKM SÜRÜR - VİDEO
(29-06-2021, 18:32)

  N -saylı hərbi hissənin  komandiri Kamran Qədirov MAX-lərin (Müddətdən artıq  xidmət)edən əsgərlərə sələm ödətdirir ,və onları mülkü şəxslərə döydürtdürərək işgəncə verir.Müəyyən yollarla əsgəri "ilişdirərək"onları tanıdığı  mülki şəxlərdən ,maaş kartlarını verməklə  sələm götürtdürərək, istənilən məbləgə imza atdırmağa məcbur edir.Pulu ödəməkdən imtina edən əsgərləri isə hərbi hissədən çıxdıqdan sonra mülki şəxslərə döydurtdürür. MAXE- Orucov Yasin Alim oğlunun atasının danışdıqları qan dondurur.Orucov Alim qeyd edir ki, onun övladı Orucov Yasin hərbi xidməti başa vurduqdan  sonra müddətdən artıq olaraq Goranboy rayon ərazisində yerləşən N saylı hərbi hissələrin birində iki ildir ki ,xidmət edir.Mən övladımın müddətdən  artıq xidmət etməsi üçün 3000(üç min)manat pul ödəmişəm.Ödədiyim pulları N-saylı hərbi hissədə xidmət edən  Amil Xəlilov adlı şəxsə göndərmişəm.Göndərdyim pulların çeklərini hələdə saxlayıram.Mənim övladımın maaş kartı hərbi hissədə xidmət edən bir qrup zabitlər tərəfindən məcbur əlindən alınaraq mülki şəxsdən sələm götürülmüşdür.Övladım Orucov Yasin 27.06.2021-ci il tarixində hərbi hissə komandiri Kamran Qədirovun göstərişi ilə, mülki şəxslər tərəfindən döyülmüşdür.Mən üzümü burdan Ali baş komandana ,prezidentə tuturam.Hörmətli Prezident: Məndə uzun müddət hərbi xidmət yolu keçmişəm.Bu qədər haqsızlıq ,özbaşnalıq olarmı?.Mən bu ,ağır vəzyətdə bilmirəm ailəmi dolandırım yoxsa bir qrup zabitləri?Bu torpaq ugrunda canını əsirgəməyən Azərbaycan vətəndaşıyam.Övladımı da bu vətənə vəda olsun deyə hərbiyə göndərmişəm.Bu haqsızlığa özbaşnalığa  son qoyulmalıdır ya yox?Mən elə düşünürdüm ki , övladımın komandirləri,övladıma həm ata, həm də  qardaşdırlar.Bilmirdim ki övladıma zülm edəcəklər.Xahiş edirəm səsimə səs verin.
Daha ətraflı biləcəksiniz...
N -saylı Hərbi Hissədə "sələm" oyununun başında kimlər durur?
Kimlər əsgərləri mülki şəxslərə döydürtdürərək xeyli miqdarda pul aldıqlarına dair imza çəkdirir?
Əsgər atası Alim Orucova  Hərbi Hissə komandiri Kamran Qədirovun dedikləri nələr oldu?

Əsl Azərbaycanlı Bəxtiyar Sadayoğlu

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 206

Xəbər lenti