Gəncə Səhiyyəsini kim bu günə salıb?
(28-06-2021, 18:46)

 Gəncə şəhər 3 saylı şəhər xəstəxanasında  xəstələrə verilən yemək köhnə və istifadəyə yararsızdır!

Belə ki, Gəncə şəhəri  3 saylı şəhər xəstəxanasında olarkən ,xəstələrə verilən yeməyin ufinət iyi məni çəlb etdi.Yemək paylayandan alınan yemıyin,turşumuş üfunət iyi baş çartladırdı.Hərbir sahədə inkişaf edən Dövlətimiz səhiyyə sahəsində də inkişaf etmişdir.Lakin Gəncə səhiyyəsi görünür bu inkişafdan bəhrələnməyib,yada ki, müəyyən  "işbazlar"tərəfindən bu hala salınmışdır.Palatadaki çarpayıların çirkablığı, ürək bulandırıcı qoxu və antisanitar vəziyyət sağlamlığımızın keşiyində duran tibb ocağına  uyğun olmayan bir haldır.Dəfələrlə Gəncə səhiyyəsində baş verən neqativ hallarla bağlı mövzulara toxunulsa da, heç bir müsbət nəticə  əldə olunmamışdır.Necə deyərlər "köhnə hamam köhnə tas".Tas demişkən onuda xatırladım ,ki aylarla Gəncə şəhəri Abbas Səhət adına xəstəxanasında  KT və MRT -nin aylarla işləməməsidə Gəncə səhiyyəsinin hansı halda olduğundan xəbər verir?  Valideyindən xəbərsiz  körpə uşaqdan alınan ilik nəqli və uşağın sonradan  dünyasını  dəyişməsi bəs nece?Gəncə səhiyyəsinin hansı ürək açıcı durumundan deyim sizlərə?
Təbibin Tibbi sğortasından  sonra Gəncə Göz xəstəlikləri Xəstəxanasında tələb olunan pullardanmi ?
Gəncə səhiyyəsini acınacaqlı vəzyətə salan Nazim bəyin  bu  acınacaqlı vəziyyətdən  xəbəri yoxdur?
Daha ətraflı biləcəksiniz...

Bəxtiyar Sadayoğlu

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 133

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031