Gəncə şəhərində N.Nərimanov adına parkda sussuzluqdan ağaclar quruyaraq məhv olmaqdadır!
(25-06-2021, 18:20)

 Ağacların məhv olmağına göz yummayan sakinlərin etirazı!

"Biz hara kimə müraciət edək ki, bu ağaclar məhv olmasın?"
Gəncə şəhəri N.Nərimanov adlna parkın yaşıllıq  ərazisinə verilən suyun qarşısını kəsən "divlər" kimdir?
 Biz dəfələrlə aidiyyatı orqanlara məlumat versək də bu ağaclarln taleyinə biganə yanaşırlar. Ulu öndər  Heydər Əliyevin kəlamına niyə əməl edilmir? Bir budağın kəsilməsini öz qolunun kəsilməsi bilən Ulu öndərin kəlamı görəsən, bu məmurları düşündürürmü? Öz şəxsi hesabımıza ayda bir neçə dəfə ağacları sulamaqla, bu ağacların məhv olma qarşısı alına bilməz.
Göründüyü kimi, Gəncə şəhəri İcra Hakimiyyətinin məsələyə münasibəti aylardır öz həllini tapmır. Sakinlərin bu isti havada altında dincəldiyi, istirahət etdiyi ağaclar müəyyən məmurların istirahət etdiyi yerlərdən fərqli və adi bir yer olsa da, bura onlar üçün əl çatan bir məkandır. Əvvəllər parkın suyu var idi, indi hanslsa divlər bu suyun qarşısını kəsiblər.

Məsələyə qayıdacağıq..

Bəxtiyar Sadayoğlu

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 188

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031