“Məşğulluq marafonu”na artıq 123 işəgötürən qoşularaq 388 vakansiya təqdim edib
(23-06-2021, 08:42)

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na artıq 123 işəgötürən qoşulub.
Bakı və ölkəmizin bölgələrində fəaliyyət göstərən həmin işəgötürənlər əsasən xidmət, emal, kənd təsərrüfatı və tikinti sahəsi üzrə fəaliyyət göstərirlər. Onlar elektron sistemə qeyd olunan sahələr üzrə 388 vakansiya təqdim ediblər. Bu vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.
Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!
Ana səhifəyə qayıt
Oxunub: 54
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər