Şəhidin ad günü məzarı yanında qeyd olunub - FOTOLAR
(18-06-2021, 12:51)

 
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Göygöl rayonunun Sarısu kəndindən olan Həsən Bəhrəm oğlu Bayramovun  ad günü uyuduğu qəbiristanlıqda məzarı yanında qeyd olunub. Mərasimdə  Göygöl rayon İcra Hakimiyyətinin məsul işçisi Sərdar Balayev , Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov , məsləhətçilər Cavid Əsgərzadə  və Aygün Həsanova , şəhidin yaxınları və kənd sakinləri iştirak ediblər. İştirakçılar Həsən Bayramovun  məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.
Həsən Bayramov yaşasaydı 29 yaşını qeyd edəcəkdi.
Anım mərasimində Həsən Bayramovun  həyat yolundan danışılıb, 2020-ci il noyabrın 27-də Qubadlı  istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olduğu vurğulanıb. Şəhid atası Bəhrəm Bayramov şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.
17.06.2021-ci il

 шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 218

Xəbər lenti