Dövlət qulluğuna qəbulda yeniliklər tətbiq olunacaq
(11-06-2021, 11:08)


Dövlət qulluğuna qəbulda yeniliklər tətbiq olunacaq
Dövlət İmtahan Mərkəzi, Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA proqramı çərçivəsində “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 5.4. bəndinə uyğun olaraq “Dövlət qulluğunda səriştə modelinin tətbiqi”nin həyata keçirilməsinə dəstək məqsədilə “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin icrasına başlanıb.
 
DİM-dən verilən məlumata görə, təsdiq edilən model dövlət qulluğuna qəbul və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı əsas meyar kimi tətbiq ediləcək. Layihə çərçivəsində dövlət qulluğu vəzifəsi iddiasında olan namizədlərin zəruri səriştələrinin qiymətləndirilməsi üçün test, praktiki tapşırıq, müsahibə və digər qiymətləndirmə alətlərindən istifadə ediləcək.
 
DİM tərəfindən “Yüksəliş” müsabiqəsinin müxtəlif qiymətləndirmə alətlərinin uğurlu təşkilinə əsaslanaraq, A növü – inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə cari ilin iyul ayından etibarən keçiriləcək test imtahanlarında namizədlərin məntiqi təfəkkürünün, qanunvericilik, Azərbaycan dili və informasiya texnologiyaları üzrə biliklərinin yoxlanılması ilə yanaşı, rəhbər vəzifəli şəxslər üçün zəruri hesab edilən idarəçilik səriştəsinin, sosial-praktiki intellektin və analitik təhlil bacarıqlarının yoxlanılması nəzərdə tutulur.
 
Yuxarıda qeyd olunan səriştələri yoxlayan situasiya əsaslı tapşırıqlar qapalı tipli test tapşırıqları şəklində təqdim olunacaq. İmtahan modelinə AA vəzifə qrupu üzrə idarəçilik səriştəsini, sosial-praktiki intellekti və analitik təhlil bacarıqlarını, AB və AC vəzifə qrupları üzrə sosial-praktiki intellekti və analitik təhlil bacarıqlarını yoxlayan tapşırıqlar daxil ediləcək.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 68

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031