Şamaxı sakinləri Tahir Məmmədovun Şamaxıdakı özbaşnalığına son qoymağa cağırır
(3-06-2021, 12:54)

 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya,

Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərova,
Azərbaycan Respublikasının Ədliyyə Naziri Fikrət Məmmədova,
Baş Prokuror Kamran Əliyevə,
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Rəisi Rəhman Məmmədova

Ərizə

Hörmətli Cənab Prezident, bu yaxınlarda rayonumuzda misli görünməmiş özbaşnalığın şahidi olduq, düzü onda nə baş verdiyini heç kim tam olaraq anlaya bilmirdi. Bir yandan Şamaxının İcra Başçısı Tahir Məmmədov çox əsabi, digər tərəfdən isə dediklərini əsas götürsək formal olaraq 1-2 “adı halda” ərizələrin bağlanması üçün tapşırıqlar verirdi… lakin bu dəfə aparatın işçilərini topladıqdan sonra çağırın özüm tapşırım deyə göstərişlər verdi. Bir müddət sonra sosial şəbəkələrdə həmin Şikayət ərizəsi dərc olunandan sonra bizə aydın oldu məsələnin halı. (aşağıda ərizənin internetdə verildiyi kimi surəti verilir).

Biz şamaxılılar həmin ərizə və ondan sonrakı məsələləri Sizin Ali diqqətinizı çatdırmağı özümüzə borc bilik.

Tahir Məmmədov ərizədə adı gedən Şəhriyar qəsəbəsinə “təyin” etdiyi dəli – Mikayılov Sabir Şahsəddin oğluna get analizin cavablarını gətir işə tikilsin deyə xəstəxanaya göndərdi. Sabir bələdiyyə seçkilərində və əvvəlki iş yerlərindən bildiyimiz kimi səriştəsizliyinə, bacarıqsızlığına və ən əsası korrupsiya hallarına yol verdiyi üçün qovulduğu Şamaxıda heç kimə sirr deyil. “Tahir müəllimin əvəzolunmaz kadrı” xəstəxanadan özü kimi saxta sənədi aldı, bəs nə üçün hərbi xidmətə aparılmadığı üçün şizofreniyadan xəstə olduğuna aid sənəd vermədi? Çümki həmin sənədin surəti Tahir Məmmədova şikayətçi, hüquqları tapdalanmış seçicilər əlbə-əl vermişdilər…ərizəni Tahir müəllimin sözü ilə desək bağlamağa bu kifayət edir, o olmasa da olar…

Nədənsə Mikayılov Sabirdən ali təhsilli mühasibi işdən çıxarıb onun əvəzinə 83 yaşlı, ali təhsili olmayan adam haqqında da heç bir sual verilmədi? Sabirdən Tahir Məmmədov bələdiyyə büdcəsinin talan olması soruşmaq əvəzinə, o dəliyə deyin vergiləri toplaya bilmir heç olmasa yığılan pulu hamısını xərcləməsin tövsiyyəsi verildi. Bu sözləri aparat işçilərinin iclasında hamının yanlnda heç kimnən çəkinməyərək demək biz şamaxılılarda yazılanların doğru olduğu haqqında fikirlər formalaşdırır. Bələdiyyə büdcəsindən heç bir aqrotexniki baxımdan perspektivi olmayan torpağa 9000 manat modul tipli xəstəxananın tikintisi üçün Tahir Məmmədovun tapşırığı ilə alınan torpağın “hansı məqsədlə” alındığını demirik..

Cənab Prezident, bundan başqa Tahir Məmmədov hərbi komisardan da Rzai Rəsulun oğlunun “işin bağlanması” haqqında lazım olan formada arayış tələb etdi. Tahir müəllimin seçkilərdəki tapşırığını yerinə yetirdiyi üçün 44-günlük Qarabağ müharibəsi dövründə Şifahi formada komissara Rəsul müəllimin oğlunu aparmayın dediyini hansı formada bağlatdırması qaranlıq qaldı hamıya. Lap tutaq ki, bunu bağladı bəs Rzai Rəsulun 76 yaşı olmasına baxmayaraq hansı əsaslarla məktəb direktoru qalması, Azərbaycan Respublikası qanunlarının ona şamil olmaması hamıya təəcüblü qalır. Hələ Sabir Mikayılovun qəsəbədə və Rzai Rəsulun məktəbdə narkomanlar üçün yaratdığı “narkomühiti” demirik.. dünyasını dəyişən müəllimlərin, gənclərin… istəməzdik, lakin bu fakt da doğrudur.

Cənab Prezident, sizdən artıq dərəcədə xahiş edirik, şamaxılıların səsini bu dəfə də eşidin Tahir Məmmədov hələ son bələdiyyə seçkilərində Çarhan kəndində ali təhsili olmayan, iş bacarığı Sabirdən “geri qalmayan” Məqarif Mahmudovun pulunu alaraq, Bakıda yaşayan oğlu Nicatı guya sədr seçdirib, külli ixtiyarı verdi Məqarifə. Bu bəlkə də Respublikamızda misli görünməmiş özbaşnalıq, xalqı saymamazlıq və vəzifə səlahiyyətlərini aşma halının bariz nümunəsidir.

Son 2-3 ildə Şamaxımızda sizin ayırdığınız pullarla guya zəlzədən dağıdılmış və sökülərək yenidən tikilmiş binaların siyahısına baxılsa tam olaraq kimlər üçün evlərin tikildiyi və onların qonşuluğunda evləri qəzalı vəziyyətdə çatlamış, partlamış vəziyyətdə bu gündə qalması açıq aydın görünür.

Hər zaman xalqın yanında olan Cənab Prezidentimiz, bu dəfədə bizim səsimizi eşidin, xahiş edirik. Yazıların tahir Məmmədov və onun korrupsiyaya batmış “komandasına” araşdırmağı deyil, sizinlə bərabər ünvanladığımız güc strukturlarına tapşırın araşdırsınlar. Yazılanların heç bir dənəsinin də şər, böhtan olmamasının şahidi olacaqsınız.

Dərin hörmətlə bir qrup Şamaxı rayon sakinləri

*******************************

Şamaxılılar başçıdan şikayətçidirlər: “Tahir Məmmədov bu gün mənim adım Korrupsiyanın aparacağı siyahıda yoxdur deyir”

Cürətli başçı Tahir Məmmədov DTX-nın Şamaxıya gəlməsindən də qorxmur

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə,
Birinci vitse prezident Mehriban Əliyevaya,
Azərbaycan Respublikasının Ədliyyə Naziri Fikrət Məmmədova,
Baş Prokuror Kamran Əliyevə,
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə

ŞİKAYƏT ƏRİZƏSİ

Cənab Prezident, biz bir qrup Şamaxı rayonu Şəhriyar qəsəbə sakinləri sizə ilk olaraq xalqımıza yaşatdığınız qələbə, zəfər sevincinə görə sonzuz minnətdarlığımızı çatdırırıq. Daha sonra Sizin rayonumuza göstərdiyiniz diqqətə görə rayon əhalisi adından sonsuz minnətdarlığımızı bildiririk.

Məlumatınız üçün bildiririk ki, Tahir Məmmədovun rayonumuza icra başçısı təyin olunduğu gündən rayonumuz bədbəxt vəziyyətə düşüb. Rayonda baş alıb gedən özbaşnalıq və korrupsiya demək olar ki, bütün sahələrdə vüsət alıb çiçəklənir. Tahir müəllimin sizin zəlzələ fəsadlarının aradan qaldırılması üçün ayırdığınız vəsaiti korrupsiya mənbəyinə çevirməsi artıq qonşu rayonlarda da məlumdur. Bütün işbazları ətrafına toplayaraq icra başçımız ehtiyyacı olanların deyil, rüşvəti verib adını siyahıya saldıranların evlərini dövlət vəsaiti hesabına tikdirdi. Bunu müşahidə edən digər məmurlar da, “balığın rayonda başdan iylənməsini” görən kimi onlarda rüşvət toplamağa başladı. Bu gün rayonumuzda polis rəisi bütün sahibkarları “aylığa oturdub”, hamı işləmək üçün ona pul verir. Rayonun sahibi yoxdur ki, gedib sözünü deyəsən, şikayətini edəsən.

Bu cür vəziyyət hətta bizim qəsəbəmizdə də çox dərindən hiss olunmaqdadır. Belə ki, son Bələdiyyə seçkilərində Tahir müəllimin birbaşa dəstəyi, göstərişi və açıq tapşırığı ilə misli görünməmiş özbaşnalıq edildi. Namizədlərin çox və daha səriştəli olmasına baxmayaraq faktiki olaraq əlində dəlilik kağızı olan (rəsmi sənəd), içki və narkotik istifadəçisi olan Mikayılov Sabir Şahsəddin oğlu təyin edildi. Hətta seçki günü biz secicilərə paylanılan adlı siyahının verilməsini tutaraq MSK-ya qaynar xəttə zəng etsək də, Dairə Komissiyasinin sədri Hüseyn Rəcəbova bildirsək də, o bizə açıq dedi ki, Tahir müəllimin tapşırığıdır – olmalıdır… seçdilər… hətta sədr də oldu…

Bu gün biz qəsəbəmizdə baş verən anarxiyadan dözməyərək sizə və məmurlarımıza üz tutmağa məcburuq.

Bir müddət keçdikdən sonra bizə Tahir Məmmədovun dəli Sabirin bələdiyyə sədri təyin etməsinin bəzi məqamları aydın oldu. Belə ki, gəldiyi gündən Sabir ötən illərdən bələdiyyənin hesabına ödəniləcək vergiləri özbaşına dörd, beş ayını ver borcunu silim prinsipi ilə öz cibini doldurmağa başladı. Hətta bu azmış kimi hələ bələdiyyənin hesabında olan 30 min manat pulu da atasının malı kimi büdcədən götürün xərcləyib. Həmin pul əvvəlki bələdiyyə sədri Musa Musayevin vaxtında toplanmış və qalmışdı, o əhaliyə verdiyi hesabatında qəsəbədaxili yolların təmiri üçün topladığını deyirdi. Lakin Sabir bu günə kimi heç kimə bələdiyyənin büdcəsi haqqında məlumat vermir və bunun icra Başçısı Tahir Məmmədovun tapşırığı ilə etdiyini deyir. Büdcə pullarının israf edilməsinə etiraz edərək bələdiyyənin mühasibi ərizə yazaraq işindən imtina etdi. Sabir pulun talan edilməsi məqsədilə heç bir ali təhsili olmayan 83 yaşlı Razimi Rizvanı bələdiyyəyə mühasib təyin edib. Bu azmış kimi, Nazirlər Kabineti yanında Operativ Qərərgahının tələblərinə məhəl qoymayaraq həssas qrupa aid olan yaşlı adamın hər gün işə cıxmağını tələb edir ki, idarədə adam görsənsin, çünki özü içki və narkotik istifadəçi olduğu üçün ayıq vaxtı olmur. Bu günlərdə biz bildik ki, bələdiyyə büdcəsindən Sabir 9000manat götürərək Tahir Məmmədovun tapşırığı ilə guyə modul xəstəxanasının tikintisi üçün torpaq alıb. Rayon üçün dövlət tərəfindən tikiləcək xəstəxananın torpağını qəsəbəmizin sakinlərindən illərlə vergidən toplanan pulun sayəsində niyə alınmalıdır?? Görəsən torpaq dəqiq həmin məqsəd üçün alınır, yoxsa bu büdcə vəsaitinin talan olunmasının yeni üsuludur? hansı əsasa uyğun bu işlərə icra başçısı dəstək verir və göz yumur?

Bu bizim verdiyimiz vergilərdən toplanan pulun israf olunması haqqında bildiklərimizin biridir, kim bilir bəlkə də büdcədə artıq pul qalmayıb…nəzərə alsaq ki, qəsəbəmizdə cəmi bir dənə 3 mərtəbəli dəbdəbəli şəxsi evi elə Sabir Mikayılov tikib, xalqın pullarının hara israf olunması haqqında heç düşünməyə dəyməz. Hələ bu azmış kimi Sabir məlum məsələdir ki, xəstəlik kağızı olduğu üçün sürücülük vəsiqəsi də ala bilməz, lakin buna baxmyaraq bələdiyyəyə məxsus 56-AA-044 nömrəli avtomobili də heç bir sənədi olmadan idarə edir. Polis isə buna göz yumur… Əgər dövlət Sabir Mikayılova avtomobil idarə etməyi həvalə etmirsə, bəs nə üçün Tahir Məmmədov bizi və qəsəbəmizi dəliyə həvalə etməkdə bu qədər maraqlıdır?

Cənab Prezident məgər Bələdiyyə büdcəsinə illərlə toplanan pul kiminsə şəxsi mülküdür? Yoxsa xalqın pulu Tahir Məmmədov və ya Sabir Mikayılov kimi vəzifəsindən sui-istifadə edən məmurların atasının malıdır?

Tahir Məmmədov qəsəbəmizə Sabir Mikayılovu heç kimin səs vermədiyi halda qutudan çıxartdığı üçün məntəqə sədri, məktəb direktoru olan Rzai Rəsulun da 70yaşı tamam olmasına baxmayaraq saxlatdırır. Təqaüd yaşı tamam olan müəllimləri isə Rəsul müəllim ilin ortasında da olsa yola salır… Məlumatınız üçün bildiririk ki, qəsəbəmizdə narkotik istifadəçilərin sayı həddindən çox artıb. Belə ki, Rəsul müəllimin məsuliyyətsiziliyin nəticəsində məktəb “müəllimləri”nində, şagirdlərinin də əksəriyyəti narkotik istifadəçiləridir. Bu günlərdə hətta müəllimlərdən biri – Əkbəri Rövşən dozadan artıq istifadə etdiyinə görə dünyasını dəyişdi. Bunu qəsəbədə hamı bilir. Şagirdlərinə nümünə olacaq Rzai Rəsul Vətən Müharibəsində oğlunu səfərbərlikdən yayındıraraq “mənim gözüm görmür, məni işə aparıb gətitrir oğlum” deyərək, Tahir müəllimin dəstəyi ilə yayındırdı. Qəsəbəmiz iki şəhid verdi, amma başçıya sadiqlik göstərən məktəb direktoru Rəsul müəllimin ogğu getmədi. Gözün görmür nə üçün bu yaşında təqaüdə çıxmırsan? Tədris ocağının rəhbərindən bundan “təqdirəlayiq”, “vətənpərvər” nümunə ola bilməzdi…. Tahir Məmmədov bu gün mənim adım Korrupsiyanın aparacağı siyahıda yoxdur deyərək öz qanunsuz «işlərini» davam etdirir. görəsən bunda bu arxaincilıq hardandır, kim Tahir müəllimlə məsləhətləşir bu siyahını tutanda…?

Cənab Prezident yazıb Sizdən xahiş edirik, bizim qəsəbəni bu məmur özbaşnalığından qurtarasınız. Biz artıq Tahir Məmmədovun bizim vaxtilə nümunəvi olan qəsəbəmizə yad münasibəti nəticəsində gənclərimizə nümünə olmalı məmurlar əvəzinə dəstək verib saxladığı bu cür nankor cəmiyyət ünsürlərindən təmizlənməsinə, onlardan bizim azad olmağımıza köməklik göstərəsiniz.

Hörmətlə Şamaxı rayonu Şəhriyar qəsəbə sakinləri

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 11

Xəbər lenti
Təqvim
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930