Qardaşlıq əlaqələrimiz dərin köklərə sahibdir
(31-05-2021, 11:17)

  
Azərbaycan-Türkiyə əlaqələri təkcə iki dost və iki qonşu dövlət arasındakı münasibətlərlə kifayətlənmir, həm də ən yaxın iki müttəfiq və ən əsası da iki qardaş ölkə birliyi ilə daha sıx birləşir. “Bir millət iki dövlət” şüarı özünün pik səviyyəsinə çatmışdır. Dostluq və qardaşlıq üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin bu səviyyəyə gəlib çatmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın misilsiz rolu vardır.
Fəxr hissi ilə qeyd edə bilərik ki, hazırda Türkiyə Respublikası əhəmiyyətli sosial-iqtisadi və elmi-tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Qardaş Türkiyənin dünya miqyasında söz sahibi olan bir ölkəyə çevrilməsi bütün türk dünyasının, xüsusən də Azərbaycanın sevincinə səbəb olmuşdur. Çoxşaxəli ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi yolunda iki qardaş ölkənin qətiyyətli siyasəti, eyni zamanda Türkiyənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvilərdə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstək verməsi xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Biz ölkə olaraq qardaş dövlətimizin bu dəstəyini həmişə hiss etmişik. Təsadüfi deyildir ki, 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyətini və 1991-ci il oktyabrın 18-də suverenliyini bərpa etmiş müasir Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlət məhz Türkiyə Respublikası olmuşdur.
Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də qarşılıqlı əlaqələr artan templə davam edir. Müasir dövrün tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşməsi, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Bu baxımdan yüksək ixtisaslı kadr hazırlığı məqsədilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi, ölkəmizdə olan universitetlərin fəaliyyətinin prioritet istiqaməti kimi müəyyənləşdirilmişdir. Bu əlaqələrin davamı kimi bir neçə gün öncə Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun ölkəmizə səfərini çox yüksək qiymətləndirmək olar. Türkiyə milli təhsil nazirinin ölkəmizdə bir sıra rəsmi görüşlər keçirməsi, xüsusən də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən şəxsən qəbul edilməsi qardaşlıq bağımızın sıx tellərlə birləşdiyinin əyani sübutudur.
Bütün bunlar bir daha sübut edir ki, iki qardaş ölkə arasındakı əlaqələr bundan sonra da yüksələn xəttlə davam edəcəkdir.
Seymur Nuriyev, 
Salyan rayon Sarvan kənd tam orta məktəbin müəllimiшаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 18

Xəbər lenti
Təqvim
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930