Göygöl Dövlət Təbiət Qoruğu "işbazların" biznes sahəsinə çevrilmişdir!
(21-05-2021, 19:28)

Hər bir şəxsin arzusudur ki,gözəl faunası olan Göygölü canlı olaraq görsün.Füsünkar
gözəlliyi ilə insana rahatlıq verən Göygölün yaranma tarixi ve səbəbi vardır.1139-cu ildə Gəncə şəhərində baş vermiş zəlzələ nəticəsində, Kəpəz dağı uçmuş və Ağsu çayının qarşısını almış,nəticədə gözəl Göygöl yaranmışdır.Göygöl Təbiət qoruğu ərazisində ümumilikdə irili-xırdalı 19 sayda və adda göllər mövcuddur.Göygöl də bu göllərin içərisində tanınan göllərdən biridir.Göygöl dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir.Uzunluğu 2800 metr,eni 800 metrdən 1000 metrə qədərdir.Dərinliyi isə 96 metr olan Göygölün uzaqdan görünüşü insana xüsusi təəssurat bəxş etməkdədir.Göygöl Dövlət Qorugunun ərazisinə daxil olmaq üçün,hər bir şəxsdən 2 manat pul tələb olunur.Üzərində Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin möhrü olan "mədaxil qəbzləri"ilə yığılan pulların hansı büdcəyə daxil olduğu isə mənə
naməlumdur.Beləki Azərbaycan Respubliksı Maaliyyə Nazirliyi-nin Kollegiyasının 04 aprel 2016 -cı il tarixli Q-09 N li qərarına əlavə edilmiş 2 nomreli "mədaxil qəbz"-inin Dövlət büdcəsindən yayınıb-yayınmaması halı isə,məlum aidiyyatı orqanların araşdırmasından sonra bilinəcəkdir.Ödəniş üçün verilən "mədaxil qəbz"inin qanuni olub olmaması mənim üçün maraqlı olduğundan,araşdırmanın yekun nəticələrini sizlərə də çatdıracağam.Göygöl Dövlət Təbiət Qoruğunun ərazisində fəaliyyət göstərən abyektlərin gəlirlərinə nəzərət edən qurumların gəlirləri hansı halda hesablaması və gəlirləri gizlədib-gizlətməməsi isə sual altındadır.Müəyyən şəxslərin meşə ərazisini zəbt edərək biznez sahələrini genişlətməsinin,təbiiki Dövlət büdcəsinin artırılmasına böyük xeyri vardır.Əgər gəlirlər müəyyən şəxslər tərəfindən gizlədilməsə və müəyyən ciblərə axmasa.Necə deyərlər "avazın yaxşıdır,oxuduğun Quran olsa".
Müəyyən şəxslərin "farel balığı" biznesi surətlə inkişaf edirse,Dövlətimiz də bundan bəhrələnməlidir.Göygöl Dövlət Təbiət Qoruğu xüsusi şəxlərin biznes sahəsinə çevrilməli deyil.Bu torpaq uğrunda canını əsirgəməyən,qan tökən bir şəxsdən Göygölə buraxılması üçün 2 manat pul tələb olunursa,bax bu hal adama təsir edir.Bu torpaqlar üçün vuruşublar ki, müəyyən şəxslər rahat pul qazansın?
Axı vaxtında onlar borclarını,qanlarıyla ödəyiblər.

Məsələ ətraflı olaraq gündəmdədir..
Bəxtiyar Sadayoğlu
Ana səhifəyə qayıt
Oxunub: 394
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar