GƏNCƏ ŞƏHƏRİNDƏ ŞƏHİDİN XATİRƏ ŞƏKLİNƏ BİGANƏ YANAŞILMAQDADIR - video
(17-05-2021, 17:16)

Adiatı qurumların məsələyə bigane yanaşmaması,mövcud olan halın aradan qaldırılması üçün,məlum məsələni işıqlandırmağı özümüzə borc bilirik.Şəhidlərimizin unudulmaması üçün,onların rəsimlərinin ,şəhərin müxtəlif yerlərində nümayiş etdirilməsi bəyənilən bir haldır.Çünki hərzaman onların varlığını görmək,onları xatırlamaq gələcək nəsilin vətənpərvər ruhda böyümısinə bir tövhədir.
Uca Allah şəhidlik məqamının necə bir ali məqam olmasını Qurani-kərimdə dəfələrlə bizlərə bildirmişdir.Onların (şəhidlərin) Allah qatında ruziləndiyini deyən Rəbbimiz ali məqamdan bəhs etməkdədir.Bizlərində şəhidlərə sayğıyla yanaşmağımız məhs mənsub olduğumuz İslam dinindən irəli gəlməkdədir.Gənc kəşviyatçı şəhid Hüseyinov Röyan Sübhan oğlunun rəsminin vurulduğu Gəncə şəhəri Şah İsmail Xətai prospektindəki dayanacaqda Şəhidimizə qarşı diqqətsizlik diqqətimdən qaçmadı.Adiatı orqanın aylarla təmizlik aparmadığı dayanacağın çirkablığı, Şəhidimizlə yanaşı şəhərin görkəminə xələldir.Zibil qutusunun adı geden ərazidə Şəhidin rəsmi önünə yerləşdirilməsi isə Şəhidimizə qarşı hörmətsizlikdən başqa bir şey deyildir.Bugün biz rahat yaşaya,gəzə biliriksə onlara borcluyuq. Şəhərimizdə qonaq olan hansısa bir turist əcnəbinin, gözü şəhidimizin rəsminə sataşsa, rəsmin üzərindəki çirkablığı və qarşısındakı zibil qabını görsə bilirsiz nə deyərdi? Bəlkə bir anlıq o, əcnəbinin yerinə özümü qoyum və deyiləcək sözüdə elə mən deyim. Torpağına canıyla dəyər verən,bu torpağın şəhid övladlarına biganə yanaşan kimsənin qanında ən azından elə düşmən qanı var.Özümüz özümüzə dəyər verək ki,kənarda bizə dəyər vere bilsin. PS.Gəncə şəhər İcra Hakimiyyətinin nəzdində olan adiatı qurum, dayanacaqlarda quraşdırılan "siqaret" köşklərinin aylıqlarını vaxtı-vaxtında aldıqları kimi,təmizlik işlərinədə nəzər salsalar yaxşı olardı.Dayanacaqların təmizlənməsi üçün ayrılan vəsaitin heç olmasa bir qismini şəhidlərimizin rəsmi asılmış dayanacaqların təmizliyinə sərf edinki yığdığınız çirkli pulları təmizə çıxarmağa üzünüz olsun!
Bəxtiyar Sadayoğlu
Ana səhifəyə qayıt
Oxunub: 115
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər