408 qaziyə əlillik dərəcələri təyin olunub
(6-05-2021, 18:00)


408 qaziyə əlillik dərəcələri təyin olunub
"Əyani müayinələr şəraitində Vətən müharibəsində xəsarət alan qazilərdən artıq 408 nəfərə müvafiq əlillik dərəcələri təyin olunub və proses davam edir".
 
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov deyib.
 
Agentlik sədri xatırladıb ki, həmin qazilərə əlillik təyin olunması üçün ilk növbədə onlar Müdafiə Nazirliyinin Tibb idarəsi tərəfindən şəhadətləndirilməlidir: "Şəhadətnamədə travmanın, yaralanmanın müharibə ilə səbəb əlaqəsi müəyyənləşdirilir və bu sənədə əsasən də yekun mərhələ olaraq qurumumuz tərəfindən əlilliyin qiymətləndirilməsi aparılır".
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 69

Xəbər lenti