"Ədəbiyyata gəlməyimi ona borcluyam, məni Rəsul Rzaya o təqdim etdi, yoxsa..."
(6-05-2021, 11:00)


“Fikrət Qoca böyük şair, son dərəcə xeyirxah bir insan idi. Ədəbiyyata gəlməyimi də ona borcluyam”
 
Bunu  açıqlamasında Xalq şairi Vahid Əziz deyib:
 
“Fikrət Qoca böyük şair, son dərəcə xeyirxah bir insan idi. Ədəbiyyata gəlməyimi də ona borcluyam. Çünki məni Rəsul Rzaya o təqdim etdi, yoxsa R.Rzanı hardan tanıyırdım ki? Ağlıma belə gəlməzdi. Onda şeirlərimi oxudu, Cəmil Əlibəyov “Azərbaycan gəncləri” qəzetində baş redaktor və F.Qoca isə şöbə müdiri idi. Mənim xüsusi müxbir olmağım, inkişafım onunla bağlı oldu. O, mənim həyatımda böyük rol oynayıb. F.Qoca əsasən bəstəkarlar Ramiz Mirişli və Ruhəngiz xanımla işləyirdi. Onun şeirləri Azərbaycan mahnı janrında tamam yeni bir yol oldu”. 
 
Qeyd edək ki, bu gün Xalq şairi Fikrət Qoca 85 yaşında dünyasını dəyişib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 59

Xəbər lenti