“Mənim üçün yeni sahədir” - “Space”in rəhbəri
(6-05-2021, 10:30)

“Bu, mənim üçün yeni sahədir. Çalışacağam ki, öhdəsindən gəlim”.
Bunu “Qafqazinfo”ya açıqlamasında “Space” kanalına yeni rəhbər təyin edilmiş Ülviyyə Mikayılova deyib. O, kanalın rəhbərliyinin ona həvalə edilməsini böyük etimad kimi qiymətləndirib: “Bu vəzifə həm də çox böyük məsuliyyətdir. Mən çalışacağam ki, vəzifəmin öhdəsindən gəlim. Kanalda hansı yeniliklər edəcəyim barədə danışmaq hələ tezdir. Gedib işimlə tanış olduqdan sonra bu barədə danışa bilərəm.
Yeni sahə hamı üçün çətindir. Amma ümidvaram ki, bu işin də öhdəsindən gələcəyəm”.
Qeyd edək ki, 1959-cu il təvəllüdlü Ü. Mikayılova eyni zamanda ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.
Xatırladaq ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.
Ana səhifəyə qayıt
Oxunub: 61
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər