Ayaz Mütəllibovun mərhum Turqut Özalla nadir tarixi görüntüləri yayıldı…-FOTOLAR
(3-05-2021, 13:00)

Azərbaycan Respublikasının birinci Prezidenti Ayaz Mütəllibovun Türkiyə Cümhuriyyətinin eks-prezidenti, rəhmətlik Tutqut Özalla görüşlərinə dair nadir fotoları yayılıb.
Moderator.az xəbər verir ki, həmin unukal görüntüləri Azərbaycanın sabiq dövlət başçısının mətbuat katibi Qulu Həsənzadə sosial şəbəkədə paylaşıb.

Saytımıza açıqlamasında Q.Həsənzadə bildirib ki, bəhs edilən fotolar qardaş Türkiyə Prezidentinin 1991-ci ilin martında Azərbaycan Prezidenti Ayaz Mütəllibovun dəvəti ilə Bakıya ilk səfəri zamanı çəkilib. İkinci fotoda prezidentlərlə yanaşı, onların xanımları Ədilə Mütəllibova və Səmra Özal da görüntülənib.
Arxa planda görünənlərdən biri də o zaman Azərbaycan Xarici İşlər Nazirliyində Dövlət protokolu şöbəsinin müdiri vəzifəsində çalışan, sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovdu.
Ana səhifəyə qayıt
Oxunub: 61
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər