Moderator.az yazdı, İcra Hakimiyyəti əl-ayağa düşdü...
(3-05-2021, 09:30)

Dünən Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında Alimpaşa Məmmədovun hələ də icra başçısı kimi təqdim olunması ilə bağlı tənqidi yazı dərc etmişdik.
Həmin yazıda bildirmişdik ki, xeyli vaxtdır rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan Qüdrət Əliyev rəsmi saytda hələ də icra başçısının birinci müavini kimi təqdim olunur.
Onu da qeyd etmişdik ki, bütün bunlar Alimpaşa Məmmədovun necə fəaliyyət göstərdiyindən xəbər verir. Başı korrupsiyaya, rüşvətxorluğa, dövlət əmlakını mənimsəməyə qarışan keçmiş başçı rayonu tamamilə unudubmuş. Görünən odur ki, indi icra hakimiyyətindəkilər də Alimpaşa Məmmədovun səhlənkarlıq və məsuliyyətsizlik yolunu davam etdirirlər.
Moderator.az-ın bu tənqidi çıxışından sonra Şəmkir Rayon İcra Hakimiyyəti rəsmi internet saytında olan nöqsanı aradan qaldırıb, Alimpaşa Məmmədovun və Qüdrət Əliyevin adları saytdan çıxarılıb.
Ana səhifəyə qayıt
Oxunub: 68
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər