““Göz dağı” adlı mahnıma işğaldan azad edilən ərazilərimizdə klip çəkməyi planlaşdırırıq...”
(26-04-2021, 08:30)

Xəbər verdiyimiz kimi Xalq artisti Gülyaz Məmmədova “Göz dağı” adlı yeni mahnısını təqdim edib.
Müğənni Moderator.az-a açıqlamasında bildirib ki, mahnıya klipi işğaldan azad edilən yerlərimizdə çəkməyi planlaşdırır:
“Mənim “Göz dağı” mahnım müharibə ərəfəsində hazırlandı. Bunu Arzu xanım yazıb və təklif etdi ki, mahnının klipini işğaldan azad edilən torpaqlarımızda çəkdirək. Belə bir planımız var. Sadəcə olaraq Arzu xanımın atasının səhhətinə görə işimizi təxirə salmışıq. İndi pandemiya dövrüdür. Bu dəqiqə hamı hər yerdə ehtiyatlı davranır. Biz isə böyüklərimizi qorumağa çalışır. Onlara bir şey olanda isə biz övladları məyus oluruq, çalışırıq onlara kömək edək. Arzu xanım da ailəcanlı bir insandı, gözəl mahnılar müəllifidi. Mahnımız çox uğurlu alınıb. Yaxın müddətdə klipimizi çəkməyi planlaşdırırıq”.
Ana səhifəyə qayıt
Oxunub: 75
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər