"Bayden subyektiv amillərin təsiri altında Türkiyəyə qarşı əsassız ittiham irəli sürüb"
(26-04-2021, 08:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” açıqlaması ilə bağlı bəyanat qəbul edib.
Bəyanatda deyilir:
"Qarabağ Azadlıq Təşkilatı olaraq ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı açıqlamasını qətiyyətlə pisləyirik. Hesab edirik ki, bu bəyanat heç bir fakta və məntiqə əsaslanmır, siyasi konyuktur xarakteri daşıyır, erməni lobbisinin təsiri və yalançı, saxta təbliğatın nəticəsində meydana gəlmişdir. Dünyanın bir çox tanınmış tarixçilərinin, o cümlədən ABŞ tarixçilərinin dönə-dönə təsdiq etdiklərinə görə həmin vaxt ermənilərə qarşı heç bir soyqırım törədilməyib. Faktlar məsələnin əksini göstərir, erməni silahlı dəstələri Rusiya ordusu tərəfindən müdafiə olunaraq, silahlanaraq Türkiyədə dinc əhaliyə qarşı, o cümlədən türklərə, kürdlərə və digər etnik qruplara qarşı kütləvi qətliam törətmiş, 500.000 dən artıq insanı qətlə yetirmişlər. ABŞ prezidenti bu faktları bilməmiş deyil. Ona görə də bilərəkdən Türkiyəyə qarşı heç bir əsası olmayan ittihamı, qondarma “erməni soyqırımı” ilə bağlı ittihamı səsləndirməsi yolverilməzdir. Türkiyə rəhbərliyi dəfələrlə bildirib ki, “soyqırım”la bağlı məsələnin araşdırılması üçün arxivlərini açmağa hazırdır. Eyni zamanda Türkiyə rəhbərliyi rəsmi qaydada dünya birliyinə Türkiyənin ərazisində 20-dən artıq toplu məzarlığın olması ilə bağlı faktları təqdim edibdir. Həmin toplu məzarlıqlarda erməni silahlı dəstələri tərəfindən 1914-15 -ci illərdə öldürülmüş dinc türk əhalisi basdırılmışdır. Ermənilər türkləri, kürdləri və digər etnik qrupları qətlə yetirərək həmin yerlərdə kütləvi məzarlıqlarda basdırmışlar. Beləliklə, Türkiyə rəhbərliyi həm arxivlərini açmağı təklif edir, həm toplu məzarlıqların yerini göstərir, amma erməni tərəfi nə arxivlərin açılmasına razılıq verir, nə də toplu məzarlıqların yerini göstərir. Əgər o sayda insan qətlə yetirilsəydi, hökmən bunların hardasa toplu məzarlığı olardı.
Bu faktları bir daha ABŞ rəhbərliyinin nəzərinə çatdırır və bildiririk ki, ABŞ prezdenti Co Bayden subyektiv amillərin təsiri altında yanlış qərar qəbul etmiş, Türkiyə dövlətinə və millətinə qarşı əsassız ittiham irəli sürmüşdür. Hesab edirik ki, ABŞ rəhbərliyi bu mövqeyindən geri çəkilməli və səhv etdiyini etiraf etməlidir”.
Ana səhifəyə qayıt
Oxunub: 55
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər