“WhatsApp”dan istifadə məhdudlaşdırılacaq
(19-04-2021, 20:31)

Mayın 15-dək yeni “WhatsApp” qaydalarını qəbul etməyən istifadəçilərin bir qismi messencerdən məhdud rejimdə istifadə edə biləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə messencerin saytında deyilir. İstifadəçilərin dəyişikliklərlə rahat tempdə tanış olması məqsədilə kifayət qədər vaxtın olması üçün onların qəbuledilmə müddəti mayın 15-dək uzadılıb. Qeyd olunan müddətədək qaydaları qəbul etməyən istifadəçilərin “WhatsApp” hesabı ləğv olunmayacaq, lakin onun funksionallığı dəyişikliklər qəbul edilənədək məhdudlaşdırılacaq.
Yeni qaydalardan imtina edən istifadəçilər bildirişləri oxumaq və göndərmək imkanından məhrum olacaqlar – onlar yalnız zəng və bildirişləri qəbul edə biləcəklər. Abunəçilərə ya yeni qaydaları qəbul etmək, ya da yazışmalar tarixçəsini köçürmək və hesabı silmək təklif olunur.
Ana səhifəyə qayıt
Oxunub: 97
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər