Qələbənin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs
(17-04-2021, 11:33)

Azərbaycan xalqı 44 günlük İkinci Qarabağ müharibəsində Zəfər tarixini yazaraq bir daha məğrur, yenilməz xalq olduğunu təsdiqlədi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika nəticəsində düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri darmadağın edildi. Düşmən hərbi resurslarını, canlı qüvvələrini, mövqelərini qoyub qaçdı. Ermənistan silahlı qüvvələrinin qoyub qaçdığı qiymətli atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimət kimi götürüldü.
Ötən il dekabrın 10-da keçirilən Zəfər paradının ən yaddaqalan məqamlarından və rəmzi kompozisiyalardan biri rəşadətli ordumuzun işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə idi. Hazırda həmin lövhə yeni fəaliyyətə başlayan Hərbi Qənimətlər Parkında da öz əksini tapıb. Həmçinin, Parkda Vətən müharibəsi gedişində qənimət kimi götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300 dən çox eksponat, 150-yə qədər ağır texnika, tanklar, artilleriya qurğuları, zenit raket kompleksləri, atıcı silahları və hərbi nəqliyyat sərgilənir.
Bu park çox böyük əhəmiyyət daşıyır. Yetişən gənc nəsil, məktəblilər, tələbələr, ölkəmizə gələn turistlər bu parkı ziyarət etdikcə Ermənistanın məğlub, Azərbaycanın isə Qalib ölkə olduğunun bir daha şahidi olacaqlar. Bir faktı da qeyd edək ki, biz haqq işi uğrunda, ərazimizin beynəlxalq səviyyədə tanındığı ərazi bütövlüyü uğrunda mübarizə aparmışıq. Dövlət başçımızın düzgün müəyyənləşdirdiyi siyasi strategiya sayəsində buna nail olduq.
HazırdaBakıdaaçılmışHərbiQənimətlərParkıdünyaictimaiyyətinindiqqətmərkəzindədir. Bu, həmdəErmənistanın 30 illikhegemonluğunasonqoyulmasıbarədədünyayabirmesajdır. QardaşTürkiyənin, habelədigərölkələrinkütləviinformasiyavasitələrininbuparkbarədəgenişməqalələrdərcetməsibirdahatəsdiqləyirki, ölkəmizinqazandığıtarixiQələbəbeynəlxalqictimaiyyəttərəfindəndəyüksəkdəyərləndirilir.Prezident İlham Əliyevin Ermənistanın müharibədə “İsgəndər-M” raketindən istifadə etməsi barədə açıqlaması da kütləvi informasiya vasitələrində yer alıb.
Bu park bir daha Azərbaycan Ordusunun nə qədər güclü və peşəkar olmasından xəbər verir. Parka gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar ölkəmizə Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkanlar yaradır.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş, qarşımızda diz çökmüş, boynunu bükmüş ölkədir və həmişə belə olacaq.
Narınc Ağayeva,
Salyan rayon UşaqGənclər İnkişaf Mərkəzinin müəllimi
Ana səhifəyə qayıt
Oxunub: 109
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər