Haqqa-haqq söyləmək amalımızdır!
(17-04-2021, 10:55)

Sosial mediada Azərbaycan polisinin peşə fəaliyyıtinə kölgə salan,polis əməkdaşlarının vətəndaşlarla kobud rəftarına rast gəldikdə düşünürdümki görəsən Azərbaycanlı ailəsindən çıxan bu şəxslər qarşısındakı insanın irqinə,milliyyətinə,dininə,dilinə,cinsiyyətinə deyil,ən azından insanlığına hörmətlə yanaşırlarmı?
İnsan Hüquq və Azadlıqları Haqqında Qanunun müvafiq maddələrində hər bir insanın toxunulmazlıq hüququ olduğu bildirilməkdədir.Qanunvericilik yol vermirki heç kim qanunsuz ittiham olunsun və azadlıqdan məhrum edilsin.İsdər vəsifəli şəxs,isdərsədə adi vətəndaş,hər biri öz hüqqlarını bilməlidirki qanunsuz hərektlərə yol verməsin vəya qanunsuz hərəkətlərə məruz qalmasın.Məndə öz növbəmdə haqsızlıqla qarşılaşdığım zaman buna göz yumub keçə bilmərəm.Haqqa-haq söylədim nahaqqa nahaqq.Məmur özbaşnalığı nəticəsində əsassız və qanunsuz olaraq həbs olunub, dəmir barmaqlıqlar arasından azadlığa həsrətlə baxmaq ,yaxınlarına "mən günahsızam"demək və illər sora bəraət almaq nə deməkdir bilirsiz?
Düşünün nələrlə qarşılaşdım?.Xüsusi tapşırıqla həbs olunaraq azadlıqdan məhrum olunmaqla "söz azadlığımda"əlimdən alınmışdı.Təcridxana rəisi Cəlil müəllim deyirdi mənə:
"Qələm və kağızdan başqa nə istəyirsən verim sənə"
Mən rəisə:
"-Cəlil müəllim, mənə heçnə lazım deyil, mənə kağız qələm verin, mən günahsızlığımı sübut edim", dedikdə, "nolar məndən bunu istəmə, verə bilmərəm deyirdi.Bu şəxsin özünü müdafiə etmək hüququnun məhdudlaşdırılması demək idi.Təsəffür edirsiz Sumqayıt şəhər 2-ci polis bölməsinin əməkdaşları tərəfindən həbs olunarkən necə işgəncələrə məruz qalmışdım?
Pentensiar xidmətin 3 saylı İstintaq Təcridxanasına gətirilərkən məni təcridxana qəbul etmirdi ki ,"bu cur adam döyərlər"?
Mənə təcridxananın santar tibb qovşağında tibbi yardim gösdərilərək xəsarətlərim qeydə alınmışdır.Bütün bunları sizə nəql etməkdə məqsədim odurki məndə məmur öz başınalığı, polisin qanunsuz əməllərinə məruz qalmışam.Nəhayət haqq ədalət öz yerini taparaq günahsızlığım sübuta yetirilərək bəraət aldım.
"Ehh Abbasqulu bəylər, mənə dəyən təpik sizlərə dəysəydi, Vallah nəinki Yezid üçün, heç İmam üçün də ağlamazdız"
Yaxşıların yaxşı əməlIərini görüb keçsəm,doğurdanda ədalətsizlik etmiş olardım.
Çünki ədalətsizliyə məruz qalmaqdan və ədalətsizlik etməkdən Allaha sığınmışam hər zaman.
16.04.2021 ci il Bakı-Qazax yolunun Şəmkir rayon ərazisindən, Gəncə istiqamətinə hərəkət edərkən, avtomobilin yanacağı bitdiyi üçün yolun kənarında dayanmışdıq.Bu vaxt DYP-nin 99-YP-911 Dövlət nömrə nişanlı avtomobili bizə yaxınlaşaraq ,köməyə ehtiyacımızın olub olmamasını soruşdu. Sonradan adını təqdim edən 9-cu tağımın baş inspektoru polis letinantı Babək Bəhramlı məlum məsələni bildikdən sonra yanacaq getirmək üçün yaxınlıqdakı yanacaq doldurma məntəqəsinə gedərək ,yanacaq alıb yolumuzu davam etdirməyimizə təmannasız köməklik gösdərdi.Bəli bunu özümə borc bilirəmki peşə fəaliyyətini layiqincə yerinə yetirən Polislərində olduğunu içtimaət görsün və tanısın.Digərləri isə bunu özlərinə örnək götürsün.
Necə deyerlər "söhbət sosiskadan getmir gərək diqqətli olasan"
PSS: Hörmətli Vilayət Müəllim ! Babək kimi Polis əməkdaşıyla fəxr etməyə sözün əsil mənasında dəyər.Yeganə Polis əməkdaşıdır ki,onun haqqında xoş təsuratlarımı içtimaətlə bölüşürəm.
Hazırladı : Bəxtiyar Sadayoğlu
Ana səhifəyə qayıt
Oxunub: 299
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər