Gəncə şəhər DYP-nin əməkdaşlarının sürücülərə qarşı yalvardıcı davranışları! - VİDEOFAKT
(27-04-2021, 12:45)

 
Dəfələrlə polis özbaşınalığı və zorakılığı barəsində ictimayətdə geniş şəkildə mövzuya toxunulmaqdadır. İctimayi medyidada bu mövzu gündəmdə qalmaqdadlr. Polis əməkdaşlarının şəhid alələrinə, qazilərə və vətəndaşlara  qarşı etmiş olduğu qanunsuz davranışlara və zorakılığa tez-tez rast gəlmək mümkündür. Bu cür hallarla qarşılaşdığım zaman məni bir məqam düşündürməkdədir. Görəsən hansısa Azərbaycan ailəsindən çıxan polis əməkdaşı öz xalqının nümayəndəsinə qarşı nədən bu qədər acımasız və qəddar olur. Azərbaycan Respublikası Qanunvericiliyi ona görə mövcuddur ki, heç kim vəzifəli şəxslərin özbaşınalığına və qanunsuz  davranışlarına məruz qalmasın. Məhz bu səbəbdən də Polis Haqqında Azərbaycan Respublikasının Qanunları mövcuddur. Polis Haqqında Qanunun 4-cü maddəsində polisin fəaliyyət prinsipləri və istiqamətləri haqqında deyilir.
I.Polis insan və vətəndaş hüquqlarlna və azadlıqlarlna hörmət, qanunçuluq, humanistlik və tək başçılıq prinsipləri əsasında fəaliyyət göstərir.
II.Polisin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır.
1)İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması.
2)Cinayətlərin və digər xətaların qarşısının alınması və açılması.
3)Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi.
Görün Qanunlar nəyi tələb edir?
Bu yerdə deyirlər "avazın gözəldi oxuduğun Quran olsa". Polis öz peşə vəzifəsini yerinə yetirərkən irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən tutmuş oldugu vəzifəsindən, fəaliyyətindən aslı olmayaraq, heç bir fərq qoymamalıdır.
Hansısa dəbdəbəli seria nömrəsi olan avtomobilin saxlandığına və cərimə meydançasına qoyulmasına nadir hallarda rast gəlmək mümkündür. Gəncə şəhər DYP-nin cərimə meydançasını misal gətirmək yerinə düşərdi. Metal qırıntısından fərqli olaraq mühərriki olan "avtomobillərə" daha çox rast gəlmək olur cərimə meydançalarlnda. Dolanışığını metal qrıntısıyla həyata keçirən vətəndaşlarımız bu haldada incidilməkdədir. Mənim şəxsən tanıdığım metal qırıntısı yığmaqla ailəsini dolandıran 2 ci Qarabağ vətən müharibəsi qazisi müharibə başlayan andan vətənin müdafiəsinə qalxanlardan biri oldu. Hansısa məmur balası kimi qaçıb gizlənmədi.
Gəncə şəhər DYP-nin əməkdaşlarının xidməti avtomobillərindən yerə enməyi özünə borc bilmədən, sürücülərdən sənəd və ya pul tələb etməsi, onları özlərinə yalvartması polisin peşə fəaliyyətinə kölgə salmırmı?
Xidməti avtomobillərində rahat əyləşən polis aynadan başını içəri salıb yalvaran vətəndaşın hüquqlarını pozmurmu? Aldığı rüşvəti belə əziyyət çəkmədən və xidməti avtomobilində əyləşərək almaq istəyən yol polisi bu qədərmi özünə güvənir?
Bəs onda biz kimə güvənək?
Bu barədə Gəncə şəhər DYP-i tərəfindən məsələyə münasibət bildirilməsini istəsək də məsələyə münasibət bildirilmədi.
Mövzunu gündəmdə saxlayırıq.

Hazırladı: Bəxtiyar Sadayoğlu        




шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 103

Xəbər lenti
Təqvim
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31