FHN işçilərinin Həmkarlar İttifaqı 31 Mart münasibətilə tədbirlər keçirib – FOTO
(2-04-2021, 11:25)


FHN işçilərinin Həmkarlar İttifaqı 31 Mart münasibətilə tədbirlər keçirib – FOTO
31 mart – 1 aprel 2021-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Ağdam rayonlarında fəaliyyət göstərən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə hissələrində görüşlər keçirilib.
 
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 
 
Bildirilib ki, tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyünün təmin olunması zamanı canlarını fəda etmiş şəhidlərimizin, həmçinin erməni terrorizmi nəticəsində həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 
Daha sonra çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında 44 günlük Vətən müharibəsində ordumuzun böyük şücaəti və misilsiz qəhrəmanlığı sayəsində qazanılmış parlaq qələbə münasibətilə hər kəsi təbrik edərək, bu qələbənin əldə olunması yolunda ölkə başçısının həyata keçirdiyi uzaqgörən siyasətindən geniş bəhs edib. 
 
Daha sonra ermənilərin azərbaycanlılara qarşı tarixən törətdiyi soyqırımı barədə danışan M.İsmayılov ermənilərin bu qanlı cinayətlərinin Azərbaycan xalqının yaddaşında əbədi həkk olunduğunu diqqətə çatdırıb. Həmçinin, bu qan yaddaşının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinə toxunaraq qeyd edib ki, Ulu Öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu çərçivədə ermənilərin xalqımıza qarşı soyqırımı siyasətinin ifşa edilərək dünya birliyinin diqqətinə çatdırılmasında Heydər Əliyev Fondunun verdiyi töhfələr xüsusi qeyd olunmalıdır.
 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 6

Xəbər lenti
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930