“Bayraktarın “Qarabağ” ordeni ilə təltif edilməsi Türkiyəyə olan minnətdarlığın ifadəsidir”
(2-04-2021, 11:07)


“Bayraktarın “Qarabağ” ordeni ilə təltif edilməsi Türkiyəyə olan minnətdarlığın ifadəsidir”

Cavid Osmanov: “Türkiyə Qarabağın işğalda qaldığı uzun illər ərzində Azərbaycanı, onun haqq işini dəstəkləyib”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı və “ASELSAN” şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib. Görüş əsnasında Selçuk Bayraktarı “Qarabağ” ordeni ilə təltif edən ölkə başçısı, Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirib, bundan minnətdarlıq hissi ilə söz açıb.

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Cavid Osmanov, Selçuk Bayraktarın “Qarabağ” ordeni ilə təltif edilməsini, dövlətimizin bütövlükdə qardaş Türkiyəyə olan sevgi və təşəkkürünün ifadəsi kimi dəyərləndirib:

 

“Bildiyniz kimi, bu gün ölkə başçısı Türkiyə hərbi sənayesinin rəhbərlərini, o cümlədən Selçuk Bayraktarı qəbul edən zaman 44 günlük Vətən müharibəsindən geniş söhbət açdı, “Bayraqtar”ların bu mühariədə nə qədər mühüm rol oynadığına diqqət çəkdi. 44 günlük Vətən müharibəsində Türkiyənin bütün rəsmi dairələri, o cümlədən prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana çox böyük dəstək verdi. Sentyabrın 27-dən – Vətən müharibəsinin ilk günündən başlayaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bəyan etdi ki, biz Azərbaycanın yanındayıq və onun haqq işini dəstəkləyirik. Türkiyə prezidenti bu qətiyyətli mövqeyi ilə kənar qüvvələrin müharibəyə müdaxilə ehtimalının da qarşısını almış oldu. Türkiyə sadəcə Vətən müharibəsinə deyil, Qarabağın işğalda qaldığı uzun illər ərzində Azərbaycanı, onun haqq işini dəstəkləyib, ona arxa olub.

Vətən müharibəsində Bayraqdarlar düşmən ordusuna böyük zərbə vurdu, işğalçı dövlətin çoxsaylı texnikasının sıradan çxıardı. Hansı ki, bu sahənin artıq ölkəmzidə də ciddi şəkildə inkişafı istiqamətində addımlar atılmaqdadır.

 

Bu baxımdan “Selçuk Bayraktarın Qarabağ ordeni ilə təltif edilməsi, ümumilikdə Türkiyəyə olan minnətdarlığın ifadəsidir”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 6

Xəbər lenti
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930