Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbə bütün türk dünyasının zəfəridir
(1-04-2021, 15:16)


Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbə bütün türk dünyasının zəfəridir


Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbə nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar sırasında Zəngəzur dəhlizi xüsusilə böyük önəm kəsb edir. Həm də bu önəm təkcə yeni logistik arteriyaların yaradılması ilə ortaya çıxan iqtisadi aspektlərlə bağlı deyil. Məsələ bundadır ki, Zəngəzur dəhlizi illər əvvəl parçalanmış türk dünyasını yenidən birləşdirəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Deputatın sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə xüsusi olaraq vurğulanan bu məqam Azərbaycanın Zəfərlə başa vurduğu Vətən müharibəsinin nəticələrinin bütün türk dünyası üçün böyük əhəmiyyət kəsb etməsini daha bir göstəricisidir.

“Bildiyiniz kimi, Türk Şurası bu gün türkdilli ölkələr arasında daha sıx dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, inkişafı, dünyada türkdilli xalqların maraqlarının müdafiəsi məqsədilə bu dövlətlərin vahid platformadan çıxış etməsi, eləcə də türk dünyası ilə digər ölkələr arasında sabit münasibətlərin yaradılması baxımından son dərəcə böyük əhəmiyyətə malik beynəlxalq qurumdur. Xüsusilə son illər biz bu təşkilatın dünyada nüfuzunun durmadan artdığını müşahidə edirik. O cümlədən bu gün artıq 10-dan çox ölkənin təşkilatda müşahidəçi statusu əldə etməkdə maraqlı olması da bu yüksək nüfuzun göstəricisidir. Qürurverici haldır ki, məhz Azərbaycanın bu təşkilata sədrlik etdiyi dövrdə Türk Şurasının nüfuzu daha da artıb. Şuranın qeyri-formal Zirvə görüşündə də xüsusi olaraq qeyd edilib ki, 2020-ci il türk dünyası üçün həqiqətən də məhsuldar və hətta Zəfər ili olub. Türk dünyası önəmli uğurları, ən başlıcası, Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası nəticəsində daha da güclənib”, - deyə A.Naxçıvanlı qeyd edib.

Qeyd olunub ki, Prezident İlham Əliyev də həmin Zirvə görüşündə çıxışında bu məqamı vurğulayaraq bildirib: “Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”. Beləliklə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbə əslində bütün türk dünyası üçün tarixi əhəmiyyət kəsb edən Zəfərdir.

Həmçinin Zirvə görüşündə Cənubi Qafqazda yaranan yeni reallıqların həm region ölkələri qarşısında, həm də ümumilikdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açdığı xüsusi qeyd olundu və bu imkanlar çox yüksək qiymətləndirildi. Bu yeni imkanların da Azərbaycanın türk dünyasına, bütün dost və qonşu ölkələrə misilsiz töhfəsi olduğunu qeyd edən Aqiyə Naxçıvanlı deyib: “Məlumdur ki, bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir, ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat, logistika mərkəzlərindən birinə çevrilib. Təbii ki, özünün ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın həm iqtisadi, həm də siyasi imkanları daha da genişlənib. Lakin Azərbaycan hər zaman olduğu kimi, bu imkanları da öz dostları və qonşuları ilə paylaşmağa hazır olduğunu tam səmimiyyəti ilə nümayiş etdirdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündəki çıxışında Prezident İlham Əliyev bu xüsusda son dərəcə konstruktiv fikirlər ifadə edərək dedi: “Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”. Göründüyü kimi, Azərbaycan bütün region ölkələrinin, eləcə də Avrasiya məkanında yerləşən digər dövlətlərin iqtisadi inkişafına dəyərli töhfələrini verməkdə davam edir”.

aia.az
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 8

Xəbər lenti
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930