Əziz oxucular!
dovrunnabzi.az informasiya portalına ölkə başçısı, cənab İlham Əliyevə qarşı hörmətsizlik edilən video daxil olub. Belə ki, üz qabığında Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin fotosu əks olunan jurnalın üzərində (sanki o boyda idarədə ayrı vasitə yoxmuş kimi) çaydan altı kimi istifadə edilir.
İcra hakimiyyətinin Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsi üzrə məsləhətçi xanım A.Q.Zülfüqarova və RİHB Aparatının baş mütəxəssisi xanım T.İ.Məmmədovanın çalışdıqları xidməti otaqda baş verən bu xoşagəlməz halla bağlı Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhmədzadə Mübariz Cuma oğlu ilə əlaqə yaratmaq istəsək də, bu cəhdimiz baş tutmadı.
Görünən tərəf budur ki, Zaqatala RİH-də baş verən biabırçı olay birbaşa dövlət başçısına qarşı hörmətsizlikdir. Əslində isə, dövlətdən maliyyələşən dövlət idarəsinin bütün kadrları, o cümlədən, icra hakimiyyətinin əməkdaşları ölkə başçısına qarşı son dərəcə diqqətli və məsuliyyətli olmalıdır. Mövzunu diqqətdə saxlayacağıq.
P.S. Zaqatala RİH başçısı Əhmədzadə Mübariz Cuma oğlu, tənqidlərlə mətbuatda gündəmdən düşməyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhməzadənin qardaşıdır...Mənzər Qurbanova