Əlcəzairdə təyyarə qəzası - Azı 200 hərbçi ölüb
(11-04-2018, 15:22)
Əlcəzairdə hərbi təyyarə qəzaya düşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin Bufarik aeroportu yaxınlığında düşdüyü bildirilir. Onlarla insanın öldüyü deyilir.
Səudiyyə Ərəbistanının Əl Ərəbiyə televiziyasının məlumatına görə, təyyarədə azı 100 nəfər olub.
***
Təyyarənin göyərtəsində 200-dən çox hərbçi olub. Böyük ehtimalla onların hamısı ölüb.
***
“Əl-Ərəbiyə” telekanalı qəzaya səbəb kimi texniki nasazlığı göstərib. Qeyd edək ki, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə düşüb və yanmağa başlayıb.
Ana səhifəyə qayıt
Oxunub: 387
Xəbəri paylaş
Xəbər lenti
18-08-2025 14:30
Ən çox baxılanlar