ABŞ Rusiyanı xəbərdar etdi: “Sanksiyalar ola bilər”
(1-09-2025, 11:30)

ABŞ BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanı Ukrayna ilə danışıqlara başlamağa çağırıb və əks halda yeni sanksiyalar tətbiq edilə biləcəyini bəyan edib.
dovrunnabzi.az xəbər verir ki, “The Guardian”ın məlumatına görə, məsələ 29 avqustda Kiyevə endirilən gecə zərbələrindən sonra çağırılan təcili iclasda müzakirə olunub.
BMT-də ABŞ missiyasının müşaviri-elançisi Con Kelli çıxışında bildirib ki, hücum Moskvanın sülhə dair niyyətlərinin ciddi olub-olmadığını şübhə altına alır. O əlavə edib ki, vəziyyətin həll yolu yalnız birbaşa danışıqlardadır və “Putinlə Zelenski görüşməlidirlər”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 302

Xəbər lenti