Cavidan Nəbiyevə yüksək vəzifə verildi
(30-08-2025, 16:30)

Cavidan Elşad oğlu Nəbiyev Qobustan rayon musiqi məktəbinin yeni direktoru təyin edilib.
Musiqi məktəbinin əvvəlki direktoru Zaur Cəfərov iki il öncə işdən ayrılsa da, yeni təyinat olmamışdı. Son iki ildir direktor vəzifəsini Alim Mustafayev icra edirdi.
Qeyd edək ki, Cavidan Nəbiyev 28 noyabr 1993-cü ildə Şamaxıda anadan olub. Milli Konservatoriya tərkibində Musiqi kollecini nağara ixtisası üzrə bitirən Cavidan Nağıyev Mədəniyyət və İncəsənət Universitetində Xalq çalğı alətləri ifaçılığı (nağara) üzrə ixtisaslaşıb. Bir sıra beynəlxalq konsert proqramlarında çıxış edib.
O, həmçinin 2013-cü ildən Bakı şəhər Mədəniyyət Baş idarəsinin tabeliyində olan Vaqif Mustafazadə adına 2 saylı Uşaq və İncəsənət məktəbində müəllim vəzifəsində çalışır.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 16

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930