Bakıda həbsxanada məhkum mayoru döydü
(29-08-2025, 15:00)

 Bakıda cəzaçəkmə müəssisəsində məhkum vəzifəli şəxsi döyüb.
dovrunnabzi.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Nizami rayonu Böyükşor qəsəbəsində yerləşən 15 saylı Cəzaçəkmə müəssisəsində baş verib.
Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə məhkum olunan şəxsin anası oğlu ilə görüşə gəlib.
Bu zaman həbsxananın baş inspektoru-rəisin növbətçi köməkçisi ədliyyə mayoru və ədliyyə çavuşu onları müşayiət etməli olduqlarını bildiriblər. Lakin məhkum buna etiraz edib və anası ilə tək görüşmək istədiyini deyib. Bu alınmadıqda, məhkum əsəbiləşib və qisas almaq niyyətilə cəzaçəkmə müəssisəsinin inzibati binasının önündə mayorun sifətinə yumruqla zərbə vuraraq, ona sağlamlığa zərər vurmayan, dərəcəsi müəyyən edilməyən xəsarət yetirib.
Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəsinin əməkdaşına və ya məhkuma, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə) maddəsilə yeni ittiham irəli sürülüb.
Nizami rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs əvvəlki cəzasının çəkmilməmiş hissəsi ilə birgə ümumilikdə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 25

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930