Moskvada həbs edilən azərbaycanlı direktoru 10 ilədək həbs cəzası gözləyir
(29-08-2025, 14:30)

dovrunnabzi.az xəbər verir ki, Ağayev 20 milyon rubl məbləğində büdcə vəsaitini mənimsəməkdə ittiham olunur və hazırda onun barəsində istintaq hərəkətləri aparılır.
Rusiya istintaq orqanlarının əməkdaşları şübhəlinin yaşadığı ünvanda axtarış keçirib, nəticədə pul vəsaitləri, eləcə də sübut dəyəri olan əşyalar və sənədlər götürülüb. Müstəntiqlər Ağayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət qaldırmağı planlaşdırırlar.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 20 milyon rublun mənimsənilməsi ilə bağlı cinayət işində yeni təqsirləndirilən şəxslərin də müəyyən edilə biləcəyi istisna edilmir. Hazırda saxlanılan şəxsin və yaxın qohumlarının hesabları dondurulub.
İttiham təsdiqlənəcəyi təqdirdə, Məmmədəli Ağayevi 10 ilədək həbs və 1 milyon rubla qədər cərimə gözləyir.
Ana səhifəyə qayıt
Oxunub: 291
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər