Qanunsuz sərnişin daşıyanlara qarşı REYD - VİDEO
(27-08-2025, 16:30)

Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib, qaydaları pozan şəxslər məsuliyyətə cəlb olunublar.
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaya dair qanunvericiliyin tələblərinə daşıyıcılar tərəfindən riayət edilməsi məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən birgə profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan dovrunnabzi.az bildirilib ki, tədbirlər zamanı nəqliyyat vasitələrinin reysqabağı texniki baxışdan keçməsi, sürücülərin tibbi müayinəsinin təşkili, eləcə də bu sahədə daşımalara icazə verən buraxılış vəsiqəsi və kartların mövcudluğu yoxlanılıb. Həmçinin sürücülərlə maarifləndirici söhbətlər aparılıb, bu sahədəki mövcud qaydalara riayət etmələrinin zəruriliyi vurğulanıb. Qayda pozuntusuna yol verən və müvafiq kateqoriyalı avtonəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxslər  inzibati məsuliyyətə cəlb olunublar.
Baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 59

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930