"Bütün universitetlər Qarabağa köçürülməlidir" - İLGİNC ÇAĞIRIŞ
(27-08-2025, 15:30)

"Universitetlərin hamısı niyə Bakıda olmalıdır? Kampusu olmayan universitet nəyə lazımdır? BDU-dan başqa (tarixdəki yerinə, simvolizmə görə), bütün universitetlər regionlara, əsasən də, Qarabağa, Şərqi Zəngəzura köçürülməlidir. Başqa yol yoxdur".
dovrunnabzi.az bildirir ki, bu barədə iqtisadçı Natiq Cəfərli deyib.
İqtisadçının fikrincə, işğaldan azad edilmiş bölgələrin inkişafı da buna bağlıdır:
"Xankəndindəki model, Qarabağ Universiteti modeli doğrudur, Qarabağ və Şərqi Zəngəzurda eyni model tədbiq edilməlidir. Azad edilmiş torpaqlarda iqtisadi aktivlik üçün universitetlər və torpağa milkiyyət məsələsi həll edilməlidir - yoxsa indiki model işlək olmayacaq.
Universitet şəhəryaradan müəssədir, ətrafında həyat qaynayır, iqtisadi aktivlik yaranır. Dövlət iqtisadiyyatda əsas oyunçu olaraq oralarda müəssisə açmağa çalışmaqdansa, investisiya qoyub universitetləri ora köçürsə, iş yerləri, köç prosesi orqanik, ən əsası, qalıcı olacaq".
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 75

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930