Trampın hüquqşünası Paşinyana xəbərdarlıq etdi
(13-08-2025, 16:00)
Beynəlxalq insan haqları müdafiəçisi Robert Amsterdam Ermənistan hökumətinə xəbərdarlıq edib.
dovrunnabzi.az erməni mediasına istinadən xəbər verir ki, o, Paşinyan iqtidarının iş adamı Samvel Karapetyana qarşı gedən məhkəmə prosesləri nəticəsində bütün işləri uduzacağını deyib.
Robert Amsterdam hökumətə vaxt itirmədən dialoqa başlamağı tövsiyə edib.
Amsterdam qeyd edib ki, BMT və Avropa Şurası səviyyəsində Karapetyan işi üzrə istifadə oluna biləcək hüquqi mexanizmlər mövcuddur:
“Mən sabahkı məhkəmə iclasının nəticələrini görmədən yekun bəyanat vermək istəmirəm. Hökumət nümayəndələri mənimlə əlaqə saxlamayıblar. Amma Ermənistandan ayrılsam belə, geri qayıdıb hökumət rəsmiləri ilə görüşməyə hər an hazıram. Nəticə aydındır: Karapetyan qalib gələcək, kompensasiya alacaq, ziyanı isə indiki və ya növbəti hökumət ödəyəcək”.

Ana səhifəyə qayıt
Oxunub: 46
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər