İlhamə Elşadqızı ilə bağlı qərar verildi
(13-08-2025, 12:00)

Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın (Elşadqızı) cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.
dovrunnabzi.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anası Almaz Əskərova şahid kimi ifadə verməsi ilə bağlı müdafiə tərəfi vəsatət təqdim edib. Hakim vəsatətin natamam olmasını bildirərək onun yenidən tamamlanaraq təqdim edilməsini istəyib.
Vəkil müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti yenidən təqdim etsə də, məhkəmə onun əsassız olduğunu bildirib və təmin etməyib.
Sentyabrın 3-nə təyin edilən növbəti prosesdə təqsirləndirilənin anasının ifadəsi gözlənilir.
Xatırladaq ki, İlhamə Əskərovaya qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddəni saxlama və ya daşıma) ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, "Tiktok əməliyyatları" çərçivəsində aparıcı Azər Zahid, Emin Abdullayev və digərləri saxlanılıblar. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.
İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan müsabiqələrdə iştirakçı olub.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 11

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930