Hədə-qorxu ilə pul tələb edən baş redaktor tutuldu - FOTO
(12-08-2025, 11:00)

Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutulub.
dovrunnabzi.az xəbər verir ki, Zərdab rayonunda bir nəfərdən barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən “saat24.az” saytının rəhbəri, əvvəllər məhkum olunmuş Coşqun Abdullayev və rayon sakini Natiq İmamalıyev polis əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Məlumatı DİN Mətbuat Xidmətindən təsdiqləyiblər.
Bu şəxslərin əməllərindən zərər çəkənlər polisə məlumat verə bilərlər.
 
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 23

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930